“İstefa vermiş prezidentin” xələfi...
02.09.2023 [11:40]
Xankəndidə vəziyyət dəyişir
Xəbər verildiyi kimi, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan dünən “prezident” postundan istefa ərizəsini Xankəndidəki qondarma parlamentə təqdim edib. Qeyd edək ki, separatçı qurumun başçısı avqustun 31-də “istefa” verəcəyi ilə bağlı xəbər yaymışdı.
Arutyunyanın “dəyişikliyi”...
“İstefa məktubu”nda qərarını izah edən Arutyunyan qeyd etmişdi ki, onun tərcümeyi-halı və Azərbaycan hakimiyyətinin ona münasibəti gələcək addımlar və çevik siyasət baxımından süni problemlər yaradır. Arutyunyan məktubunda onu da vurğulayıb ki, müharibədəki məğlubiyyət və müharibədən sonrakı çətinliklər “hakimiyyətə”(qondarma rejim nəzərdə tutulur), xüsusən də “prezidentə” (qondarma rejimin başçısı nəzərdə tutulur) inam səviyyəsini aşağı salıb ki, bu da gələcək yaxşı idarəçiliyə mane olur - “ona görə də dəyişikliyə özündən başlamaq qərarına gəldim”.
Amma Arutyunyan istefa verməmişdən öncə Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən azad edib. Onu qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan əvəzləyib. Şahramanyana geniş səlahiyyətlər verilib.
“İstefaya” münasibət...
Arutyunyanın “istefası” sosial şəbəkələrin erməni seqmentinin əsas müzakirə predmetinə çevrilib. Bəziləri onu “prezident seçiləndən” 4 ay sonra müharibədə məğlubiyyətdə günahlandırır, bəziləri “zəif siyasətçi” adlandırır, bəziləri isə düzgün əlaqələr qurmamaqda günahlandırır. Təbii ki, situasiyanı düzgün qiymətləndirənlər də tapılır - belələri Azərbaycanın gücünü, imkanlarını və dünyadakı müsbət imicini əsas gətirirlər. İndiyə qədər qondarma rejimin hətta Ermənistan tərəfindən belə tanınmaması Azərbaycanın beynəlxalq aləmdə apardığı uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilir. Bəzi erməni sosial şəbəkə istifadəçiləri Arutyuyanın vəziyyəti real dəyərləndirdiyi fikrindədirlər - onlar iddia edirlər ki, Azərbaycan qısa müddətdə separatçı rejimin tam ləğvinə nail olacaq və Xankəndidəki qondarma silahlı dəstə gündəmdən çıxacaq. Bunu əsas gətirənlər Arutyunyanın istefasını bu səbəblə də əlaqləndirirlər. Bəziləri isə hələ də “revanşist” iddialarını davam etdirərək Araikin “xələfinə” bel bağlayırlar
O kimdir?
Erməni mətbuatında Arutyunyanın “xələfi” kimi təqdim edilən Şahramanyan isə qondarma rejimin keçmiş “başçısı” Bako Saakyana yaxın adam olduğu yazılır. Hətta Saakyanın “dəstəbaşı” olduğu zamanda bir sıra vəzifələri tutan Şahramanyanın son dövrlərə qədər “dövlət naziri” olma perspektiv idə yox imiş - erməni mətbuatı son vaxtlarda Saakyanın və Qukasyanın separatçı rejimin “məsləhətçilərinə” çevrilməsinin buna yol açdığını yazır.
Samvel Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub. O, Qarabağdakı separatçı dəstənin “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub. Qondarma general-mayordur.
S. Şahramanyan İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib.
2008-ci ildən (Bako Saakyanın “rəhbər” olduğu dönəmdə) Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb. 29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub”.
Şahramanyan barədə söylənənlər...
Bəzi erməni siyasətçiləri Şahramanyanın bundan sonra nə edəcəyi barədə fərqli iddialar irəli sürürlər. Çoxluq Azərəbaycanın yaratdığı yeni reallığın geridönüşünün olmadığı fikrindədirlər. Bu mənada, Arutyunyanı kimin əvəz etməsini də o qədər vacib saymırlar. Qeyd edək ki, Şahramanyanla bağlı yayılan informasiyalarda onun bir müddət əvvəl də silahlı müqavimət tərəfdarı kimi çıxış etməsi vurğulanırdı. Belə ki, separatçı rejimin bir müddət əvvəl çıxış yolu kimi silahlı toqquşmaya getmək planları dövriyyədə idi və bu yolla Azərbaycana qarşı “soyqırımı iddiaları” formalaşdırmaq istəyirdilər. Xüsusilə avqustun 16-da BMT TŞ-də keçirilən müzakirələrdən sonra ümidsizliyə qapılan separatçı rejimin həm beynəlxalq diqqəti cəlb etmək, həm reinteqrasiya prosesinin qarşısını almaq, həm də erməni əhalisini separatçı rejimin ətrafında birləşdirmək üçün belə bir plan üzərində işləməsi ilə bağlı xəbər yayılmışdı. BMT TŞ müzakirələrindən həmən sonra bu məsələni aktuallaşdıranlardan birinin isə qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan olduğu iddia edilirdi. Onun hətta qondarma “spiker” Davit İşxanyanla görüşüb, bütün “siyasi partiyaların” silahlı toqquşmaya hazırlığı dəstəkləməsinin vacibliyini müzakirə etməsi xəbəri yayılmışdı.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

