Qarabağdakı erməni sakinlərimizin hüquqları...
29.09.2023 [10:54]
Dövlətimiz ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təminat verir
Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə öhdəliklərə ciddi şəkildə riayət edilməli, bütün dünya ictimaiyyəti reinteqrasiya prosesini tam dəstəkləməlidir.
Dövlətimiz hər zaman Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını öz üzərinə götürməyə hazır olduğunu bəyan etmişdi. Lakin indiyədək həm Ermənistan rəhbərliyi, həm də vaxtilə Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövcud olan erməni separatçıları dinc əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsinə imkan vermirdi. Ordumuzun 24 saat ərzində keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz silahlı dəstələr təslim oldu, bundan bir neçə gün sonra isə separatçı rejim özünü buraxmağa məcbur oldu. Belə bir şəraitdə müəyyən beynəlxalq dairələr Qarabağın erməni sakinlərinin hüquqları ilə bağlı “narahatıqlarını” ifadə edirlər. Azərbaycan isə buna tam təminat verir.
Azərbaycan Prezidentinin mesajı...
Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən bu məsələ diqqət mərkəzində olub. Verilən rəsmi məlumata görə, görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Yeri gəlmişkən, dövlətimiz bu xoşməramlı mövqeyini həmişə bəyan edirdi. Lakin müəyyən qüvvələr Qarabağın dinc erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olurdu. Xatırladaq ki, bu barədə iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bildirmişdi ki, biz bu məsələ ilə bağlı öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik: “Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər”.
Separatçıların oyunu sona çatdı
O zaman Qarabağda qondarma rejim guya bölgədə “humanitar böhranın” olduğunu iddia edərək şou-aksiyalar təşkil edirdi. Azərbaycan humanitar məqsədlər üçün Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolunu təklif etmiş, Qarabağdakı erməni sakinlərin sosial ehtiyaclarını ödəmək üçün humanitar yardım təkliflərini dəfələrlə səsləndirmişdi. Lakin separatçı rejim humanitar yardımın erməni sakinlərə çatdırılmasına imkan vermirdi. Onlar bu yolu bağlamaq məqsədilə həmin yola beton plitələr düzmüşdülər. Təkcə bu fakt onların sülhdən uzaq olduğunu təsdiqləyirdi. Prezident İlham Əliyevin dediyi kimi, inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılı idi.
Artıq nəticə göz önündədir. Xoşluqla Azərbaycanın qanuni tədbirlərinə əməl etməyənlər lokal antiterror tədbirləri nəticəsində diz çökdülər. Bundan sonra Azərbaycan Konstitusiyasına uyğun olaraq qanunlarımız çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının təmin olunması üçün “yaşıl işıq” yanır. Azərbaycanın mövqeyi budur ki, Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesi sürətləndirilsin, bölgəni hərbisizləşdirilməklə dayanıqlı sülh təmin olunsun. Bəs dinc, sadə ermənilər birgəyaşayışa hazırdırmı? Bununla bağlı faktlar var. Keçmiş sovet dönəmində olduğu kimi, yenə də dinc əhali bir yerdə çox rahat yaşaya bilərlər. Bunun üçün müsbət nümunə də var.
Müsbət təcrübə mövcuddur
Belə ki, Azərbaycan erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda iki xalqın nümayəndələri arasında təmaslar olmuşdu. Yolun inşası ilə məşğul olan işçilərlə ermənilər arasında təmaslar qurulub və onlar arasında normal münasibət olub. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan buna ehtiyac qalmayıb. Ona görə də, Rusiya sülhməramlıları ərazini tərk edib, azərbaycanlılarla ermənilər asanlıqla ünsiyyət qurublar. Eləcə də, son günlər Ermənistana gedən Qarabağın erməni sakinləri jurnalistlərə müsahibələri zamanı vaxtilə azərbaycanlılarla birgə yaşamalarını məmnunluqla xatırlayır, azərbaycanlı dostlarının adlarını çəkirlər. Bu faktlar deməyə əsas verir ki, bölgədə dinc birgə yaşayış tamamilə mümkündür.
Beləliklə, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə bütün xalqların nümayəndələri bərabər hüquqlar çərçivəsində, təhlükəsizlik şəraitində yaşayırlar. Bu hüquqlar Qarabağın erməni sakinlərinə də şamil olunacaq.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

