Azərbaycan qərar verəcək!
03.10.2023 [11:41]
2 ildən sonra...
NARDAR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri və suverenliyimizin tam təmin olunması regionda yeni vəziyyət yaranıb. Yaranmış vəziyyətlə bağlı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gələcək taleyi də müzakirə mövzusuna çevrilib. Xatırladaq ki, Rusiya sülhməramlıları regionda Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən yerləşdirilib. Həmin bəyanatın 4-cü bəndində qeyd olunur: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”. Bu müddət isə 2025-ci ildə bitəcək.
Qeyd etdiyimiz kimi, hazırda Qarabağda mövcud vəziyyətlə bağlı, sülhməramlıların bölgədə qalıb-qalmaması ilə bağlı ekspertlər tərəfindən müxtəlif müzakirələr aparılır. Fikirlər səslənir ki, qondarma “Dağlıq Qarabağ Respublikasının” özünü buraxmasından sonra Qarabağdakı Rusiya sülhməramlı missiyasının taleyi necə olacaq. Məsələ ilə bağlı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya sülhməramlı kontingentinin gələcəkdə Qarabağda qalması məsələsi Bakı ilə müzakirə ediləcək. “Hələ çətin ki, kimsə bu suala cavab versin, çünki söhbət indi Azərbaycan ərazisində yerləşən missiyadan gedir. Bu, bizim Azərbaycan tərəfi ilə müzakirəmizin predmeti olacaq”, - deyən D.Peskov qeyd edib ki, Kreml Qarabağdakı vəziyyəti, xüsusilə, onun humanitar aspektini diqqətlə müşahidə edir. Kremlin sözçüsünün dediyinə görə, insanlar Qarabağ ərazisini tərk etmək istədiklərini bildirirlər: “Onların bir hissəsi, ola bilər ki, bu ərazidən həmişəlik, bir qismi isə müvəqqəti getmək istədiklərini ifadə edirlər”.
Kremlin sözçüsü deyib ki, erməni əhalinin Qarabağdan getməsinin günahkarları və real səbəbləri yoxdur: “İnsanlarda belə bir istək transformasiya dövründə yaranır. Biz tanınmamış “Dağlıq Qarabağ Respublikası” “prezidentinin” “respublikanın” buraxılmasına dair fərmanını nəzərə alırıq. Sənədin ikinci bəndində bölgənin Azərbaycanla inteqrasiyasının vacibliyi məsələsi diqqəti cəlb edir”.
Göründüyü kimi, Azərbaycan dövlətinin milli maraqlara əsaslanan siyasəti və ordumuzun gücü bölgədə yeni nizam yaratdı. 10 noyabr üçtərəfli Bəyanatında Ermənistan tərəfinin imzası olsa da, Rusiya sülhməramlı kontingentinin gələcək taleyi ilə bağlı bu ölkənin heç bir rolu olmayacaq. İlk növbədə ona görə ki, rəsmi İrəvan Azərbaycanın Qarabağ da daxil 86.6 min kvadratkilometr olan ərazi bütövlüyünü tanıyıb. Digər tərəfdən, 19-20 sentyabr tarixlərində ordumuzun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bölgədə suverenliyimiz tam təmin olundu. Ermənistan hərbi birləşmələrinin qalıqları Qarabağdan çıxarılıb, separatçıların qanunsuz hərbi dəstələri də tərksilah edilib. Hazırda isə Qarabağın mülki erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə start verilib. Bütün bunların fonunda Peskovun Rusiya sülhməramlı kontingentinin gələcəkdə Qarabağda qalması məsələsinin Bakı ilə müzakirə olunacağını bəyan etməsi təbiidir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

