Reinteqrasiyanın detalları bəllidir
04.10.2023 [10:10]
Hüquqi müstəvidə...
Hər bir vətəndaş bərabər hüquqlara malikdir
Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası uğurla davam edir. Bununla bağlı artıq Yevlaxda və Xocalıda bir neçə təmas olub. Məsələ ilə bağlı məsul şəxs Ramin Məmmədov görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarını təqdim edib və onun ətrafında müzakirələr aparılıb. Reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.
İdarəetmə xüsusi nümayəndəliklər vasitəsilə həyata keçirilir...
Azərbaycanın Prezident Administrasiyasının məsələ ilə bağlı açıqlamasında da bildirilir ki, hüquqi və idarəetmə sahəsi üzrə inteqrasiya özündə bir sıra məsələləri ehtiva edir. Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.
Cəmiyyətin harmonik, sabit inkişafının təmin edilməsi
Ümumiyyətlə, müasir dövrdə ictimai həyatın demokratikləşdirilməsi, vətəndaş cəmiyyətinin və bütövlükdə cəmiyyətin harmonik, sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətləri sayılır. Bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, islahatların lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı bütövlükdə sabit inkişafın əsas təməl prinsipidir. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin uğurları saysızdır. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atıb. Nəticə etibarı ilə, ölkəmizdə davamlı hal almış bu proseslər demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirib. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Bütün hüquqlardan sərbəst şəkildə istifadə haqqı...
Dövlətimiz hələ II Qarabağ müharibəsindən sonra, sülhyaratma missiyaları vasitəsilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar zamanı bəyan etmişdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəyi halda konstitusion hüquqlara malik olacaqlar. Azərbaycan hüquqa dövlətdir və ölkəmizdə bütün vətəndaşlar qanun qarşısında eyni hüquqa, bərabər imtiyazlara malikdir. Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycanın qanunlarına tabe olacaq erməni vətəndaşları da konstitusiya ilə tanına bütün hüquqlardan sərbəst şəkildə istifadə etmək haqqı qazanırlar. Açıqlamada vurğulandığı kimi, erməni sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilərlər. Qanunun aliliyinin təmin olunduğu ölkəmizdə hər bir vətəndaşı dövlətin inkişafına öz töhfəsini verməlidir. Bunun üçün isə qanunlara tabe olmaq, müvafiq hüquqlardan yalnız və yalnız dövlətin inkişafı üçün istifadə etmək gərəkdir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

