Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 10 dəqiqəlik çıxış...

10 dəqiqəlik çıxış...

20.10.2023 [12:29]

Avropa Ermənistanı niyə “sevir”?

Paşinyanın Avroparlament macərasının pərdəarxası

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki 10 dəqiqəlik çıxışı Avropanın “Nikol və ya erməni sevgisini”, eyni zamanda, Nikolun “əsl məqsədlərini” üzə çıxardı. Çıxışını bütövlükdə, yalan, qərəz və özünütərif üzərində quran Paşinyan sanki bəzi dairələrə “mesaj” ünvanlayırdı - “məni dəstəkləyin, bütün əmrləriniz yerinə yetəcək”. Bu “əmrlərin” və ya arzu-istəklərin isə nədən ibarət olması haqda fikirlər müxtəlifdir.

Ermənistandan Paşinyana etiraz...

İlk olaraq vurğulayaq ki, Paşinyanın 10 dəqiqəlik “iflas çıxışı” öz ölkəsində belə “top-tüfənglə” qarşılanıb. Onun yalnız şəxsi maraqlar üçün “səfərbər” olması faktı, bunun qarşılığında isə Ermənistan dövlətinin maraqlarını ikinci plana atması erməni deputatlar tərəfindən etiraza səbəb olub. Məsələn, Ermənistan parlamentində eyni adlı müxalifət bloku fraksiyasının katibi Artsvik Minasyan deyib ki. Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı bütünlüklə baş nazir kreslosunu qoruyub saxlamağa həsr olunub. Erməni deputatın fikrincə, baş nazir Avropa Parlamentindəki çıxışı ilə ölkəsini necə ağır və alçaldıcı vəziyyətə saldığını belə başa düşmür. “On dəqiqə ərzində o, davamlı olaraq baş nazirliyindən, hakimiyyətini qorumaq zərurətindən danışdı. Hətta hansısa demokratiyadan danışmaq olar, lakin biz hamımız görürük ki, ölkədə həqiqətən nə baş verir”, - deyə Minasyan bildirib. O, parlament müxalifətinin Ermənistanda demokratiya ilə bağlı vəziyyətlə əlaqədar Aİ və ABŞ-ın müvafiq strukturlarına çoxlu məktublar göndərdiyini, lakin heç bir reaksiyanın olmadığını vurğulayıb. “Bu insanlara (Qərbəki - red.) Nikol Paşinyan lazımdır, çünki o, ardıcıl olaraq beynəlxalq güc mərkəzlərinin göstərişlərini yerinə yetirir”, - deyə Minasyan bildirib.

Paşinyan Qərb üçün nələr etməz...

Paşinyan bu çıxışında əsasən, müttəfiqlərini hədəfə alması, Qərbə “yarınmaq üçün” cilddən-cildə girməsi ilə “yadda qalmışdı”. O, bir çox məqamlarda Qərbin “rolunu yüksək dəyərləndirərək” öz müttəfiqlərini ittiham etməyə cəhd göstərmişdi. Bildirmişdi ki, mütəffiqləri onlara heç bir kömək etməyib: “Təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki xarici təcavüz zamanı kömək etmədilər, həm də Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı açıq çağırışlar etdilər”.

Təbii ki, ortada olan maraq bəllidir. Paşinyanın bu “çıxışının” ardından Azərbaycana qarşı ədalətsiz mövqenin sərgilənməsi çox şeydən xəbər verir. Avropanın Paşinyana olan “sevgisin”də qaranlıq biznes maraqları, “pulsilmə əməliyyatı”, “çirkli pulların yuyulması” prosesi, köhnə silahların “satılması” variantları, Ukraynaya yardım kimi göndərilən silahların Ermənistana “ötürülməsi”, oradan isə hətta başqa dövlətlərə “satılması” kimi məqamlar gizlənməkdədir. Paşinyanın dilə gətirdiyi məqamlar, arzusu, istəyi heç də əməkdaşlıq və ya tərəfdaşlıq deyil - bu, birmənalı şəkildə özünü Qərbə “təslim etməkdir”. Regionda fərqli maraqların “danışan dili”nə, “vuran əli”nə, “pul ximçistikasına” çevrilmək uğrunda mübarizə aparan Paşinyan bu uğurda hətta özünün müttəfiqlərini belə zərbə altına qoymaqdan çəkinmir...

Reaksiya...

Paşinyan öz çıxışında bəlkə də artıq “keçmiş” saydığı müttəfiqlərinə qarşı açıq demarş etdi - təbii ki, bu demarşın əsas ünvanı bəlli idi. Paşinyanın “sığındığı” dairələrin, mərkəzlərin əsas rəqibi olan Rusiyanın Avropa Parlamenti tribunasından bu kimi “ittihamlara” məruz qoymaqla isə Paşinyan dividend axtarışındadır - axı, hər kəs bilir ki, KTMT-nin hərbi gücünü Azərbaycana qarşı yönəltməyə çalışan Paşinyanın öz naqis və qeyri-qanuni istəyinə çatmaması hüquqi prosedur idi. Yəni KTMT hüquqi prosedurları əsas gətirərək, beynəlxalq qanunlara söykənərək Azərbaycanın Ermənistana hücum etmədiyini təsdiqləmişdi və Ermənistanın oyunlarının iştirakçısına çevrilməmişdi. Bundan “inciyən” Paşinyanın Avroparlamentdə ilk fürsətdəcə müttəfiqlərini hədəfə alması gözlənilən idi.

Yeri gəlmişkən, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışını məsuliyyətsizlik və təxribatçılıq kimi qiymətləndirir. KİV-in yaydığı məlumata görə, bu fikri TASS agentliyinə Moskvadakı yüksəkvəzifəli məmur söyləyib. “Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını olduqca məsuliyyətsiz və təxribatçı çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir”.

Paşinyanın bu qeyri-peşəkar davranışı isə ölkəsini pis vəziyyətə salıb. Hətta onu “sudan quru” çıxarmaq uğrunda mühüm iş belə gedir. Məsələn, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ohanesyan deyib ki, Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Rusiyanı etibarsız tərəfdaş kimi göstərməyib. “Heç bir sensasion açıqlama verilməyib, çıxışın əvvəlində heç bir ölkənin adı çəkilməyib. Müttəfiqlərimizdə məyusluq olduğu bildirilib, hansı müttəfiqlər olduğu qeyd olunmayıb”. Demək ki, Avropaya “arxayın” olmaq Paşinyana heç də böyük “gələcək” vəd etmir. Bunu Ermənistanda da başa düşürlər...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31