Anti-Azərbaycan dalğasına qoşulan...
21.10.2023 [10:00]
Avstriya parlamenti öz işi ilə məşğul olmalıdır
Nardar BAYRAMLI
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməklə regionda yeni reallıqlar yaradıb. Artıq bir çox ölkələr və beynəlxalq təşkilatlar dövlətimizin yaratdığı yeni reallıqları qəbul edir, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləyirlər. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, artan gücü Ermənistanı və onun havadarlarını ciddi şəkildə narahat edir. Xüsusilə, ötən ay 24 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin təslim olması və qanunsuz rejimin özünü buraxması Ermənistana və havadarlarına rahatlıq vermir. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır.
Oktyabrın 19-da Avstriya parlamentinın qəbul etdiyi qətnamə də bu sıradandır. Qətnamədə Azərbaycanın antiterror tədbirləri “pislənilir”, Qarabağda qalan etnik ermənilərin və qayıtmaq istəyənlərin hüquqlarının qorunmasının, Beynəlxalq Məhkəmənin Laçın dəhlizi ilə sərbəst hərəkətlə bağlı qərarlarının icrasının “vacibliyi vurğulanır”. Eyni zamanda, sənəddə beynəlxalq humanitar təşkilatların Qarabağa uzunmüddətli sərbəst və maneəsiz çıxışının, Qarabağın mədəni sərvətlərinin və kilsələrinin hərtərəfli mühafizəsinin təmin olunmasına “çağırış” edilir. Avstriya parlamentariləri Ermənistana “humanitar dəstək üçün” vəsait ayırmağı da unutmayıblar. Bu barədə onlar öz hökumətlərinə təklif irəli sürüblər.
Xatırladaq ki, bundan əvvəl Niderland Krallığının və İspaniyanın parlamentləri də analoji qətnamələr qəbul etmişdilər. Əlbəttə, həmin sənədlər əsassız və qeyri-obyektivdir. Bu, dünyada ikili standartların davam etməsinin növbəti göstəricisidir. Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması Avstriya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun başda Fransa olmaqla bəzi ölkələrin başladığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyib. İcmanın bununla bağlı bəyanatında bildirilir: “Qarabağda kilsələrin qorunmasının vacibliyini vurğulayan Avstriya parlamentinin məsələlərə dini prizmadan yanaşması, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına toxunmaması utancverici, irqçi və islamofob yanaşmadır. Avstriya parlamenti öz işi ilə məşğul olmalı, Azərbaycanın suveren ərazilərinə beynəlxalq təşkilatların girişi kimi düşük çağırışlarla ölkəmizin daxili işlərinə müdaxiləyə son qoymalıdır”.
Ümumiyyətlə, Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanın işğalçı siyasətindən əziyyət çəksə də, beynəlxalq birlik buna susurdu. Beynəlxalq birliyin, o cümlədən Avropa ö?kələrinin susqunluğu Ermənistanı işğalçı mövqeyini daha da gücləndirməyə həvəsləndirirdi. Belə bir şəraitdə iqtisadi və hərbi qüdrətini artıran Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz gücünə ərazilərini erməni işğalından azad etdi. Bununla da, ərazi bütövlüyünü bərpa edən dövlətimiz ötən ay ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini tam təmin etdi. Antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunması ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır.
Lakin görünən odur ki, Ermənistanın havadarları Azərbaycanın öz ərazi bütövüyünü və suverenliyini təmin etməsindən rahatlıq tapa bilmir. Beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyimizə baxmayaraq, erməni lobbisi ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirir. Avstriya parlamentinin qəbul etdiyi qətnamə də bunun göstəricisidir. Amma bu cür qərəzli mövqelərin nümayiş etdirilməsi dövlətimizin iradəsinə təsir edə bilməz.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

