Ermənistana 3 xəbərdarlıq
27.10.2023 [10:55]
BMT narahatdır
BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda diskriminasiya əleyhinə hərtərəfli qanunvericiliyinin olmamasından narahatlığını ifadə edib. Bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabatı üzrə yekun müşahidələrində qeyd edilib. Sənəddə göstərilib ki, komitə diskriminasiya əleyhinə qanunun qəbulunun ləngidilməsindən, ayrı-seçkiliyin bütün formalarını əhatə edən qanunvericiliyin və siyasi çərçivənin olmamasından narahatdır. Sənəddə həmçinin, məhdud imkanlı və marjinallaşdırılmış fərd və qrupların iqtisadi, sosial və mədəni hüquqlara çıxışda davamlı olaraq ayrı-seçkiliklə üzləşdiyi qeyd olunub. BMT komitəsi Ermənistana diskriminasiya əleyhinə qanunvericiliyinin tətbiqini gücləndirmək çağırışı edib.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT komitəsinin sənədinə münasibət bildirib. “Ermənistan tərəfindən etnik azərbaycanlılara qarşı uzunmüddətli nifrət və diskriminasiya məsələsi (həm Ermənistanda, həm də keçmiş işğal altındakı Azərbaycan ərazilərində) Azərbaycan tərəfindən 2023-cü ilin yanvarında Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış dövlətlərarası iddiaların özəyini təşkil edir”, - deyə nazir müavini qeyd edib.
Bundan əlavə, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda dövlət tərəfindən həyata keçirilən hazırkı dil siyasətinin ölkədəki etnik azlıqlar üzərində diskriminasiya təsiri ola biləcəyindən də narahatlığını ifadə edib. Hesabatda Ermənistana etnik azlıqların dillərinin tədrisinin təşviq edilməsi üçün təhsil sahəsindəki dil siyasətini və qanunlarını bir daha gözdən keçirmək tövsiyə edilib. Həmçinin, Ermənistana molokan və yezidi uşaqlarının ibtidai və orta məktəblərdən çıxma nisbətinin yüksək olduğu, bu göstəricinin azaldılması məqsədilə təcili tədbirlər görmək çağırışı edilib.
BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin sözügedən sənədində Ermənistanda mədən sənayesinin içməli su hövzələri üzərindəki təsirlərindən də narahatlığı vurğulanıb. Sənəddə Ermənistanın mədən sənayesinin İstisu gölü (Dərələyəz mahalı) və Göyçə gölünü çirkləndirməsindən xüsusi narahatlıq ifadə edilib. Qeyd olunub ki, mədən sənayesi fəaliyyətləri mənfi təsirlərə məruz qalmış icmaların içməli suya təhlükəsiz çıxışına təsir edib, onların su, qida və sağlamlıq hüququnun pozulması ilə nəticələnib, həmçinin təbiətə ziyan vurub. Komitə Ermənistana su resurslarının lazımi şəkildə qorunmasını təmin etmək məqsədilə səylərini intensivləşdirmək, mədən sənayesinin əhalinin təhlükəsiz içməli suya çıxışını təhlükəyə atmamasını təmin etmək üçün bütün zəruri tədbirləri görməyə çağırıb.
Qeyd edək, BMT-nin sözügedən komitəsinin Ermənistanla bağlı açıqladığı hesabatda əks olunan məqamlar reallıqların bir hissəsidir. Ermənistanda azərbaycanlıların tarixi-mədəni və dini abidələri demək olar ki, tamamilə dağıdılıb. Rəsmi İrəvanın məqsədi indiki Ermənistan ərazisində azərbaycanlıların zəngin irsini tamamilə məhv etməkdir. Bununla da, ermənilər bu ərazilərin tarixən azərbaycanlılara məxsus olması barədə bütün izləri silməyə çalışırlar. BMT və digər beynəlxalq qurumlar bütün bunların qarşısını almaq üçün müvafiq addımlar atmalıdır.
NARDAR
Xəbər lenti
Hamısına baxMüsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25

