Paşinyanın “vətəndaşlıq” jesti...
04.11.2023 [11:30]
Ermənistan hakimiyyətinin gizli planları...
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərə Ermənistan vətəndaşlığı verilməsi məsələsini maksimum operativ həll etməyi tapşırıb. Paşinyan bu barədə hökumətin iclasında deyib. “Həmvətənlərimizdən bir çoxu vətəndaşlıq almaq üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara riayət etməklə onlara kömək göstərməkdən ibarətdir”, - o deyib.
Bundan başqa, Ermənistanın baş naziri Qarabağı könüllü tərk etmiş ermənilər üçün lazımi şəraitin yaradılmalı olduğunu bildirib.
Yalan və əsassız təbliğatın “ruporu”...
Adətən, əlinə düşən “fürsətlərdən” maksimum yararlanmaq bacarığından məharətlə istifadə edən Ermənistanın bu çağırışının da arxasında “yaxşı niyyətin” durmadığı ilk baxışdan diqqəti cəlb edir. Məsələnin mahiyyətinə keçməmişdən öncə xatırladaq ki, antiterror tədbirlərindən sonra Ermənistana gedən Qarabağın erməni sakinləri bu addımı öz xoşları ilə, könüllü şəkildə atmışdılar. Məlum idi ki, bəzi xarici güclərin dəstəyi ilə dünyada “azərbaycanlılar erməniləri qovur” mənzərəsi formalaşdırmağa çalışan Ermənistan Qarabağ ermənilərinə vətəndaşlıq verməklə bunu bir növ özünün “qalxanına” çevirəcək. İşğalçı simasını, təcavüzkar mahiyyətini də məhz bu qalxanla gizlətməyə çalışacaq. Eyni zamanda, Ermənistan bununla guya həmin ermənilərin Azərbaycana qayıtmaqdan qorxduğunu sübut etməyə çalışır ki, bu da ağ yalandan başqa bir şey deyil.
Real mənzərə ortadadır - Qarabağın erməni sakinlərinin guya “etnik təmizləmə”yə məruz qaldığını iddia edənlər unutmamalıdır ki, bu yalan Fransa-Ermənistan cütlüyünün beynəlxalq aləmə sırımağa çalışdığı əsassız bir iddiadır. Azərbaycan dövləti hər zaman bəyan edib ki, Qarabağın erməni sakinləri bu regionda qalaraq yaşamağı davam etdirə bilərlər. Hətta antiterror tədbirlərindən sonra reinteqrasiya proqramı təqdim edən Azərbaycan Qarabağın erməni sakinlərinin dövlətimizin qanunvericiliyi əsasında Azərbaycan torpaqlarında yaşamını davam etdirə biləcəyini önə çəkib - regionu tərk edənlər, öz xoşu və arzusu ilə Ermənistana keçməyə üstünlük verənlərə həm də rahat şərait yaradılıb. Onlar heç bir təzyiqə və ya təsirə məruz qalmadan Ermənistana keçirlər. Təbii ki, bu da onların müstəsna hüququdur - Azərbaycan heç kimə get demədiyi kimi, heç kimi də torpağımızda qalmağa məcbur edə bilməz.
Maddi gəlir “qaynağı” - Qarabağ erməniləri üzərindən milyonlar
Burada digər əsas amil Paşinyanın bu ad altında pul yığmasıdır. Son bir ayda Ermənistana Qarabağdan könüllü getmiş ermənilərin adı ilə ayrılan 50 milyon avrodan artıq vəsait Paşinyan və ətrafı üçün “isti puldur”. Bu yolla asan qazanc əldə etmək isə hər iki tərəfin maraqlarına uyğun gəlir - pulu verən bəzi “beynəlxalq” strukturlar bu yolla çirkli pullarını yuyurlar, Paşinyan hakimiyyəti isə bundan əldə etdiyi faizlə özlərinin maddi durumlarını “düzəldirlər”. Yəni, Qarabağdan gedən ermənilərin vətəndaşlıq alaraq orada qalması tək Paşinyan hakimiyyətinin deyil, həm də Paşinyanı dəstəkləyən xarici güclərin “məsləhətidir”. “Məsləhətli donu gen etmək” üçün bu yola baş vuran Paşinyan isə çirkli pullarla “özünə dost tutur”...
Ermənistanı “boş dövlət” olmaqdan xilas etmək üçün
Ermənistanda demoqrafik vəziyyətin ürəkaçıcı olmaması isə heç kimə sirr deyil. Artıq illərdir ki, bu ölkədə ölüm doğumu üstələyir - eyni zamanda, bu ölkədən Avropaya və Rusiyaya “üz tutanların” sayı 100 minlərlədir. Rəsmi olaraq Ermənistanda 2 milyondan bir az artıq adamın yaşadığı “bəyan edilsə” də, əsl statistika bunu demir - həm sosial şəbəkələr, həm də erməni mediası bu ölkədə bir milyondan bir az artıq insanın yaşadığını bildirir. Yəni, ölkə təbii halda boşalır - bunun obyektiv səbəbləri də var. İlk növbədə ölkədəki sosial-iqtisadi vəziyyətin acınacaqlı hal alması ermənilərn? öz ölkələrini tərk etməsinə yol açır. İkinci bir tərəfdən, Ermənistanın yenidən silahlanması, sülhə imza atmayaraq terror təhdidi formalaşdırmaqda davam etməsi xüsusilə gənclərin bu ölkədən çıxıb getməsini şərtləndirir.
Paşinyan isə bu “əyər-əskiki” məhz Qarabağdan könüllü gələn ermənilər vasitəsilə kompensasiya etməyə çalışır. O, həmin insanlara “vətəndaşlıq” verməklə Ermənistanda əhalinin artım səviyyəsinə təkan verməyə çalışır. Bu həm də Ermənistanı “boşalan dövlət” statusundan xilas etməyə yönəlib...
Qərbi Zəngəzur amili...
Nəhayət, Paşinyan hakimiyyəti Qarabağdan gələn ermənilərə “vətəndaşlıq” verməklə həm də qarşıdakı perspektivdə azərbaycanlıların haqlı olaraq Qərbi Zəngəzurda yaşamaq tələblərinin qarşısını almaq istəyir. Bəlli olduğu kimi, Qərbi Azərbaycan İcması vaxtilə tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazilərindən qovulan insanların hüquqlarının təmin edilməsi uğrunda mühüm və konsepsiyaya əsaslanan addımlar atır. Qısa zaman kəsiyində İcma beynəlxalq təşkilatların bu məsələyə diqqət yetirməsini təmin edə bilib. İcma nümayəndələri öz dədə-baba torpaqlarında yaşamaq hüquqlarının bərpası uğrunda mübarizə aparırlar və onların bu haqlı mübarizələri beynəlxalq hüquqa əsaslanır. Paşinyan isə proseslərin gedişinin trayektoriyasını özü üçün müəyyənləşdirib - o bilir ki, Azərbaycan bu haqsızlığın da aradan qaldırılmasına gec-tez nail olacaq. Prosesin haqlı məcrada inkişaf etməsinin qarşısını almaq üçün isə Paşinyanın bir yolu qalır - Qarabağdan gələn ermənilərə vətəndaşlıq verərək onları on illərdir ki, boş qalmış Qərbi Zəngəzura köçürmək. Ermənistan bu yolla həm də beynəlxalq aləmi aldatmaq niyyətindədir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
Gündəm
12 Dekabr 00:09

Xəbər lenti
11 Dekabr 23:58

Gündəm
11 Dekabr 22:15

Xəbər lenti
11 Dekabr 19:18

Xəbər lenti
11 Dekabr 17:31

Dünya
11 Dekabr 16:40

Xəbər lenti
11 Dekabr 16:33

Xəbər lenti
11 Dekabr 16:29

Xəbər lenti
11 Dekabr 16:01

Xəbər lenti
11 Dekabr 14:22

Xəbər lenti
11 Dekabr 14:05

Xəbər lenti
11 Dekabr 13:35

Xəbər lenti
11 Dekabr 12:53

Xəbər lenti
11 Dekabr 12:42

İqtisadiyyat
11 Dekabr 12:38

Gündəm
11 Dekabr 12:36

Xəbər lenti
11 Dekabr 12:28

Xəbər lenti
11 Dekabr 12:03

Xəbər lenti
11 Dekabr 11:54

Siyasət
11 Dekabr 11:37

Xəbər lenti
11 Dekabr 11:26

Xəbər lenti
11 Dekabr 11:14

Xəbər lenti
11 Dekabr 10:52

Xəbər lenti
11 Dekabr 10:51

Xəbər lenti
11 Dekabr 10:44

Xəbər lenti
11 Dekabr 10:35

Xəbər lenti
11 Dekabr 10:33

Xəbər lenti
11 Dekabr 10:15

Xəbər lenti
11 Dekabr 10:01

Dünya
11 Dekabr 09:42

Xəbər lenti
11 Dekabr 09:36

Xəbər lenti
11 Dekabr 09:25

Xəbər lenti
10 Dekabr 18:54

Xəbər lenti
10 Dekabr 18:53

Siyasət
10 Dekabr 17:28

Xəbər lenti
10 Dekabr 16:16

Siyasət
10 Dekabr 16:11

Dünya
10 Dekabr 15:31

Xəbər lenti
10 Dekabr 14:24

İqtisadiyyat
10 Dekabr 14:23

Xəbər lenti
10 Dekabr 14:16

Gündəm
10 Dekabr 14:13

Xəbər lenti
10 Dekabr 14:05

İqtisadiyyat
10 Dekabr 13:54

Gündəm
10 Dekabr 13:25

Xəbər lenti
10 Dekabr 13:09

Siyasət
10 Dekabr 13:07

Xəbər lenti
10 Dekabr 12:47

Xəbər lenti
10 Dekabr 12:15

Xəbər lenti
10 Dekabr 12:05

Xəbər lenti
10 Dekabr 11:35

Dünya
10 Dekabr 11:18

Xəbər lenti
10 Dekabr 11:15

Xəbər lenti
10 Dekabr 10:50

Siyasət
09 Dekabr 23:08

Siyasət
09 Dekabr 22:02

Xəbər lenti
09 Dekabr 17:00

Xəbər lenti
09 Dekabr 16:49

Xəbər lenti
09 Dekabr 15:55

Xəbər lenti
09 Dekabr 13:47

Xəbər lenti
09 Dekabr 13:26

Mədəniyyət
09 Dekabr 13:06

Sosial
09 Dekabr 12:40

Analitik
09 Dekabr 12:30

Xəbər lenti
09 Dekabr 12:27

Xəbər lenti
09 Dekabr 12:24

MEDİA
09 Dekabr 12:20

Xəbər lenti
09 Dekabr 12:02

Analitik
09 Dekabr 12:00

Xəbər lenti
09 Dekabr 12:00
