Xankəndinin Qələbəsi...
08.11.2023 [10:10]
30 illik siyasi yolun Zəfər duracağı...
8 noyabr Azərbaycanın Zəfər tarixi, Şərəf tarixidir. Məhz son 3 ildə əldə etdiyimiz mühüm siyasi uğurlara bu günün işığında imza atdıq - 2023-cü il aprelin 23-də “Laçın qapısı”ndan başlanan uğur səlnaməsi sentyabrın 19-20-də Xankəndidən gələn xoş soraqlarla müşayiət olundu. Xankəndi öz sahibinə qovuşdu - beynəlxalq hüququn təmin olunması ilə yanaşı, tarixi ədalət öz yerini tapdı. “Xanın kəndi” kimi dünyaya “göz açan” tarixi şəhərimiz bu gün öz igid, cəsur övladlarına qucaq açır. Bu ilin sevinci, bu ilin zəfəri, bu ilin qələbəsi Xankəndiyə “lövbər” saldı. Bu il Zəfər Günü hər birimizin nəbzi və, ürəyi də Xankəndi ilə döyünəcək. Zəfər paradımız, qələbə yürüşümüz, bütövlük nümayişimiz Xankəndidən yayımlanır - “Xanın kəndi” bu uğuru, bu zəfəri yaşamağı haqq edib. 30 illik həsrəti ilə, dumanlı səması ilə, yorğun baxışı ilə yol gözləyən Xankəndi bu gün Azərbaycanın gücünün, qüdrətinin, ən əsası qətiyyətinin parad meydanına çevrilir...
Tarixi ədalətin təcəssümü...
Qeyd etdiyimz kimi, Xankəndinin bu zəfərə ev sahibliyi etməsi tarixi qanunauyğunluqdur. Çünki hər şey Xankəndidən başlamışdı - Pənahəli xanın dövründən belə hər şey Xankəndidən başlamışdı. Yarandığı gündən Qarabağ xanlığının siyasi mərkəzi funksiyasını daşıyan Xankəndi 100 il öncə - 1923-cü ildə erməni oyunlarının düyün düşdüyü məkana çevrildi. Ötən yüzilliyin 8-ci onilliyinin axırında isə Xankəndi erməni işğalının açdığı yaranın bitişmədiyi yer oldu - ta ki, 2023-cü ilin sentyabrında baş tutan lokal antiterror əməliyyatlarına qədər. Quldur xuntanın ləğvi, Xankəndi və ətrafının Azərbaycanın tam nəzarətinə keçməsi, bir sözlə, suverenliyimizin bərpası Qələbə gününün ardından yaşadığımız ən böyük sevincə döndü. Yeni tariximizə qızıl hərflərlə yazılan 2023-cü ilin sevinc paylaşımının - Zəfər paradının Xankəndidə keçirilməsi tarixi əsasın təcəssümünə çevrildi...
Birlik, bütövlük rəmzi...
Xankəndi bütövlük simvoludur - həm də coğrafi anlamda bütövlük simvoludur. 2020-ci ildə yaşadığımız bütövlük qüruru Xankəndi ilə tamlaşdı - 3 ilə yaxın idi ki, dostun ürəyində qübar, düşmənin dilində kinayəyə çevrilən Xankəndinin azadlığı Azərbaycanın suverenliyinin sərhədlərini bütövləşdirdi. Coğrafi anlamda Azərbaycan vahid orqanizmə çevrildi. Xankəndi işğalın yarası olduğu qədər azadlığın simvoludur. Xankəndinin mərkəzində bayrağımızın ucalması siyasi-coğrafi anlamda dörd bir tərəfimizə mesajlar ötürür - Xankəndidə Azərbaycan əsgərinin fəxrlə addımlaması bütün dünyaya mesajdır - bu torpağın, bu elin əsl sahibləri qayıtdı!!!
Mənəviyyat hadisəmiz...
Xankəndi 30 il boyunca mənəviyyat məsələsi olub - dünya azərbaycanlılarının savaşdığı ən mühüm məqamlardan biri məhz Xankəndinin adı ilə bağlı idi. 30 il boyunca bəlkə də ən sərt reaksiyalarımız məhz qondarma xuntanın torpağımıza “qoyduğu” ada qarşı münasibətdə özünü göstərib. Nəzarətimizdə olmayanda belə razılaşmırdıq həmin qondarma adla - bunun əksini sübut etmək üçün bütün arqumentlərimizi səsləndirirdik. Bu gün həmin qüruru yaşayırıq - lokal antiterror tədbirlərindən sonra Laçın dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə könüllü Ermənistana üz tutan ermənilər belə Xankəndini öz tarixi adı ilə tərk edirdilər. Bəli, Xankəndi bütöv Azərbaycan üçün mənəviyyat məsələsi idi - bu gün mənəviyyatımızın xilası gününü Xankəndidə qeyd etməyimizə kifayət qədər əsaslar var...
Siyasi uğur hədəfimiz...
Nəhayət... Xankəndinin Azərbaycan üçün siyasi əhəmiyyəti onun coğrafi ölçülərindən də dəfələrlə böyükdür. Azərbaycanın son 30 illik tarixinin zərgər dəqiqliyi ilə hazırlanan və yürüdülən məqsədyönlü siyasətinin nəticəsidir Xankəndinin azadlığı - Ulu öndər Heydər Əliyevin beynəlxalq təşkilatların toplantılarında Qarabağı sanki kitab kimi səhifə - səhifə anlatması, Qarabağın əsl həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırması, Prezident İlham Əliyevin beynəlxalq kürsülərdən Qarabağın əsl tarixini Ermənistan rəhbərliyinə anlatması, həqiqətlərin üzərinə işıq salması dünyanın siyasi gündəmində Qarabağ mövzusunu daimi olaraq aktual etdi. Bütün tribunalarda sözümüzün əvvəli də, sonu da Qarabağ oldu. Siyasətimizin bütün istiqamətlərinin hədəfi Qarabağ idi. İqtisadi nailiyyətlərimiz, sosial rifahımız, ordu quruculuğumuz, valyuta ehtiyatlarımız, büdcəmizin genişlənməsi və bu kimi onlarla dövlətin inkişafını özündə əks etdirən amillər Qarabağın azadlığına doğru “yol aldı”. Nəhayət... Yolumuz Qarabağdan keçdi. Yolumuz Xankəndidə qovuşdu. 30 illik siyasi yolun Zəfər duracağı Xankəndi oldu. Zəfər Xankəndiyə, Xankəndimə yaraşır!!!
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

