Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov İran televiziyasının müxbirinin Azərbaycanda tutulması barədə məlumatlara münasibət bildirib

Əli Həsənov İran televiziyasının müxbirinin Azərbaycanda tutulması barədə məlumatlara münasibət bildirib

21.02.2012 [00:23]

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İran televiziyasının müxbiri Anar Bayramlının saxlanması barədə yayılan xəbərlərə münasibət bildirib.
Ə.Həsənov APA-ya müsahibəsində deyib ki, son günlər mətbuatda haqqında yazılan, həbs olunmuş adamların kimliyi, nə üstündə həbs olunmaları haqqında məlumata malik deyil: “Lakin İran televiziyasının müxbiri kimi təqdim olunan adda İran televiziyasının Azərbaycan Respublikasında rəsmi akkreditasiyadan keçmiş jurnalisti, müxbiri, yaxud əməkdaşı yoxdur. Tutulan şəxsi İran televiziyası ilə bağlamaq nə məqsəd daşıyır, bilmirəm”.
O, bildirib ki, İran televiziyasının Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş nümayəndəsinin adı bəllidir: “Onunla bağlı Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarda qeydlər var. Amma mətbuatda adı İran televiziyasının müxbiri kimi çəkilən adda əməkdaş yoxdur. Saxlanılan şəxslərin nə üstündə tutulması və kimlikləri barədə isə, yəqin ki, Daxili İşlər Nazirliyinin müvafiq açıqlamaları olub”.
Paylaş:
Baxılıb: 871 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30