ABŞ Senatının məqsədi bəlli olsa da...
18.11.2023 [11:00]
907-ci düzəlişin ölkəmizə heç bir təsir imkanı yoxdur
Nardar BAYRAMLI
ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.
Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Sənədin müəllifləri senatorlar Robert Keysi, Harri Piters, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollendir.
Qeyd edək ki, 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. 907-ci düzəliş ilk dəfə 1992-ci ildə guya “Azərbaycan tərəfindən Qarabağın “işğalı” və Ermənistana qarşı blokadanı dayandırmaq” məqsədilə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Veyn Ovens tərəfindən təklif edilib. Senator Riçard Luqarın düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etməsinə baxmayaraq, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilib. Bu əlavə ilə Azərbaycan ABŞ hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımından xaric edilən yeganə ölkə olub. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı. Lakin ABŞ Senatının bugünlərdə qəbul etdiyi sənəd ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Bununla belə, həmin sənədin qanuni olaraq qüvvəyə minməsi üçün ABŞ Nümayəndələr Palatasının təsdiqi və prezidentin razılığı alınmalıdır.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, qərəzli siyasət yürüdən və Ermənistana dəstək verən ABŞ Konqresi bu addımları ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Onun sözlərinə görə, ABŞ Konqresində Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və qrupun 200-dən çox üzvü var. Millət vəkili əvvəllər Konqresin hər il Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırdığını da xatırladıb. Azərbaycan tərəfi həmişə bu məsələyə etirazını bildirirdi. Çünki bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addım idi. Lakin Vaşinqton bu yardımın “humanitar” məqsəd daşıdığını iddia edirdi.
Həmsöhbətimiz deyib ki, məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı ölkəmizin rəsmi mövqeyini aydın şəkildə ifadə edir: “ABŞ Senatında qəbul edilmiş sənəd ikitərəfli əlaqələrimizə mənfi təsir göstərir. Amma müdafiə sahəsi də daxil olmaqla, Azərbaycanın digər sahələrdəki potensialına heç bir təsir etməyəcək. Çünki bu gün Azərbaycan güclü dövlətdir. Bilirsiniz ki, 907-ci düzəliş 1992-ci ilin oktyabrın ayında qəbul olunub. Məhz həmin il Azərbaycanın Şuşa, Laçın şəhərləri işğal edilib, erməni silahlı dəstələri dəhşətli Xocalı soyqırımını törədib. ABŞ Konqresi və hökuməti Ermənistanın bu işğal cinayətinə səssiz qaldı, hətta işğala məruz qalan Azərbaycana qarşı məlum sənədi qəbul etdi. Bu, ikili standar?ların ən barzi nümunələrindən biridir”.
K.Bayramov qeyd edib ki, 2001-ci ilin sentyabr hadisələrindən sonra Buş administrasiyasının Əfqanıstandakı əməliyyatlarda Azərbaycanın köməyinə ehtiyac duyduğuna görə 907-ci düzəlişdən imtina barədə qərar qəbul etməsi bu aktın iflasa uğradığını göstərdi. Yəqin ki, Azərbaycana ehtiyac duyduğu zaman ABŞ hökuməti yenə də imtinanın işə salınması təşəbbüsü ilə çıxış edəcək. Bu cür yanaşma ABŞ-ın davranışına xasdır. “Azərbaycan həmişə ABŞ-la əlaqələrə böyük önəm verib. Amma təəssüflər olsun ki, Vaşinqton ölkəmizə münasibətdə ikili standartlarla çıxış edir. Bu isə münasibətlərimizin inkişafına xələl gətirir. Təəssüf ki, ABŞ Konresinin bir çox üzvləri erməni lobbisinin əlində alətə çevrilib. Belə vəziyyət dünyada söz sahibi olan dövlət üçün yaraşan hal deyil. ABŞ Konqresi və hökuməti Azərbaycanla əməkdaşlığın önəmini anlamalı və bunu lobbi maraqlarına qurban verməməlidir. Digər tərəfdən, Azərbaycanla şərt dilində danışmaq qəbuledilməzdir. Dövlətimizin atdığı bütün addımlar beynəlxalq hüquqa və ədalət prinsiplərinə tam uyğundur. Hər hansı təzyiq cəhdləri Azərbaycanı öz haqq yolundan çəkindirə bilməz”,-deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57

Xəbər lenti
06 Dekabr 11:49

Siyasət
06 Dekabr 11:47

Xəbər lenti
06 Dekabr 11:45

Xəbər lenti
06 Dekabr 11:40

Xəbər lenti
06 Dekabr 11:38

Siyasət
06 Dekabr 11:27
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 11:25

Sosial
06 Dekabr 11:23

Xəbər lenti
06 Dekabr 11:21

Xəbər lenti
06 Dekabr 11:18

Xarici siyasət
06 Dekabr 11:13

Siyasət
06 Dekabr 11:10

Xəbər lenti
06 Dekabr 11:08

Siyasət
06 Dekabr 11:05

İqtisadiyyat
06 Dekabr 11:00

Xəbər lenti
06 Dekabr 10:57

Xəbər lenti
06 Dekabr 10:55

İqtisadiyyat
06 Dekabr 10:52

Gündəm
06 Dekabr 10:45

Xəbər lenti
06 Dekabr 10:44

Xəbər lenti
06 Dekabr 10:42

MEDİA
06 Dekabr 10:42

Gündəm
06 Dekabr 10:40

Xəbər lenti
06 Dekabr 10:35

Xəbər lenti
06 Dekabr 10:33

Siyasət
06 Dekabr 10:30

Siyasət
06 Dekabr 10:21

Siyasət
06 Dekabr 10:20

Gündəm
06 Dekabr 10:16

Siyasət
06 Dekabr 10:10

Xəbər lenti
06 Dekabr 10:00

Xəbər lenti
06 Dekabr 09:47

Xəbər lenti
06 Dekabr 09:24

Xəbər lenti
06 Dekabr 09:22

Siyasət
06 Dekabr 00:06

Xəbər lenti
05 Dekabr 22:53

Xəbər lenti
05 Dekabr 21:37

Xəbər lenti
05 Dekabr 21:00

Xəbər lenti
05 Dekabr 19:50

Xəbər lenti
05 Dekabr 19:13

Xəbər lenti
05 Dekabr 17:40

Siyasət
05 Dekabr 17:22

Xəbər lenti
05 Dekabr 17:21

Xəbər lenti
05 Dekabr 16:23

Xəbər lenti
05 Dekabr 15:44

Xəbər lenti
05 Dekabr 15:19

Xəbər lenti
05 Dekabr 15:14

Xəbər lenti
05 Dekabr 15:04

Xəbər lenti
05 Dekabr 14:55

Xəbər lenti
05 Dekabr 14:45

Xəbər lenti
05 Dekabr 14:32
