Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Blinken İlham Əliyevdən xahiş etdi...

Blinken İlham Əliyevdən xahiş etdi...

29.11.2023 [10:10]

Azərbaycan öz mövqeyində qəti və qərarlıdır!

Azərbaycanın yürütdüyü xarici siyasət kursu sülhə, ədalətə və əməkdaşlığa söykənməklə yanaşı, həm də dövlət və xalq maraqlarına əsaslanır. Milli mənafeyə istinad edən bu siyasət kursu həm də regiona yeni siyasi reallıqlar qazandırır - Vətən müharibəsində qazanılan qələbə, lokal antiterror tədbirlərində əldə olunan uğur bölgənin separatizm mərəzindən xilas olmasında əsaslı rol oynayıb. Azərbaycan apardığı siyasətlə böyük bir coğrafiyanın yeni iqtisadi mənzərəsini formalaşdırıb. Yeni mərhələdə sülhün əldə olunması bölgənin sıçrayışlı iqtisadi inkişafına, Şərq-Qərb tranziti üzərindəki mövcud və real potensiala əsaslanan irəliləyişə zəmin yarada bilər. Təssüfləndirici haldır ki, Ermənistan və ona “havadarlıq edən” mənzərəsi yaratmış bəzi güclər bu sülhün əldə olunmasına maneə yaradır. İlk baxışdan, onların “cəhdləri” “vasitəçilik” kimi qənaət formalaşdırsa da, məsələnin əsl mahiyyətinə vardıqda bu “rolun” daha fərqli xarakterə malik olduğunu görmək mümkündür. Amma hər bir halda Azərbaycanın iradəsinə kənar təsirlər mümkünsüzdür və bizim apardığımız siyasətin şəffaf, sülhə və barışa xidmət göstərməsi ortadadır. 2023-cü ilin sülh ili olması uğrunda ortaya qoyduğumuz səylər isə hər kəsə bəllidir - bundan səmərəli və ya qeyri səmərəli istifadə etmək Ermənistanın “öhdəsinə” düşür...

Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər...

Cənubi Qafqazda sülhə nail olunması həm də beynəlxalq müstəvidə yeni nüanslar formalaşdırır. Bəzi güclər müzakirə mövzusu olan sülhü öz maraqları çərçivəsində dəyərləndirməyə çalışır ki, bu da yolverilməzdir - bu baxımdan, son dövrlərdə Azərbaycana qarşı həyata keçirilən “təzyiq kampaniyaları” məhz “nüfuz savaşı”, “maraq savaşı” kimi təsir bağışlayır. Azərbaycan hər hansı bir təhdid qarşısında geri çəkilməyib və çəkilmir də - bunu hər kəs, hətta bu kimi “təzyiq” yoluna əl atan qüvvələr də görür və dərk edir.

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.

Dövlət başçısının bu fikirləri mühüm mahiyyət daşıyır - bizim apardığımız siyasi kurs, yürütdüyümüz siyasi xətt şəffaf və ortadadır. Azərbaycan hər zaman ədalətin və haqqın tərəfdarı olub. Bütün addımlarımızda da haqqa və beynəlxalq hüquqa istinad etmişik. ABŞ anlamalıdır və qəbul etməlidir ki, Azərbaycan regionun əsas siyasi-iqisadi oyunçusudur. Yeni iqtisadi müasibətlər sisteminin ana arteriyası sayılan İpək Yolu xətti birmənalı şəkildə bu və ya digər yollarla da olsa, Azərbaycandan keçir. Başqa sözlə, ABŞ-ın Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq.  

Bakının şərti qəbul edildi...

Telefon söhbəti zamanı dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.

Xatırladaq ki, Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’-Brayn bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq. O qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacaq: “Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır”.

İlk növbədə, ABŞ rəsmisinin bildirdiyi fikir, eyni zamanda, tutduğu mövqe beynəlxalq hüquqa ziddir və birtərəflidir. Əlaqələrin inkişafı təbii ki, ikitərəli xarakter daşıyır - ABŞ-ın Azərbaycana münasibəti adekvat şəkildə qarşılanır. Vurğulandığı kimi, Azərbaycan özünün xarici siyasət kursunu dövlət maraqları əsasında təşkil və təmin edir. Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur - ərazi bütövlüyümüzün, suverenliyimizin təmini məsələsi bizim beynəlxalq konvensiyalara əsaslanan hüququmuzdur. Azərbaycanın yürütdüyü siyasət müstəqil siyasi kursdur - bəlkə də kimlərsə bunu həzm etməyə bilər, amma Bakı öz qətiyyəti və gücü ilə regionda yeni siyasi reallıqlar formalaşdırır. Bunu təhdid formasında dilə gətirmək ABŞ kimi bir dövlətin rəsmisi üçün qeyri-peşəkarlıq nümunəsidir. Məhz bunun nəticəisdir ki, Azərbaycan ABŞ-a adekvat cavabı ilə yadda qaldı və ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdi. Bu, təbii qarşılanmalıdır - Azərbaycan siyasi münasibətlərini bərabərhüquqlu və ədalət prinsipləri üzərində qurur, inkişaf etdirir.

Qeyd edək ki, Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Ermənistanın bəhanəsi...

Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

Bəli, sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Ermənistan ilə Azərbaycan arasında baş tutan son görüşlərdə əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərəsi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - Azərbaycanın Qarabağdakı terroçuları zərərsizləşdirməsinin ardından isə bu, daha real görünür. Azərbaycan hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik.

Təəssüfləndirici haldır ki, Ermənistanın son davranışları daha çox sülhü istisna edir. İlk növbədə İrəvanın fərqli maraqların  çirkin siyasətin əsas alətinə çevrilməsi, regiona yönəlik təhdidlər üçün körpü rolunu oynamağa çalışması Ermənistanın sülhün imitasiyası məşğul olduğunu deməyə əsas verir. Ortada real mənzərə var - Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb, bu məsələdə əsas istinad nöqətsi kimi Alma - Atı bəyyannaməsinin götürüldüyü təsdiqlənib. Ortada kommunikasiyaların açılması, delimitasiya kimi məsələlər qalır ki, bu da Ermənistanın yerinə yetirmədiyi öhdəliklərdən irəli gəlir. Bu mənada, Ermənistanın addımları bu günün rakursundan vaxt uzatmağa, ləngitməyə xidmət etməsi ilə diqqət çəkir. Ermənistan özünün qeyri-adekvat davranışını kənara qoyaraq səmimi və daynaqılı sülhə maraqlı olduğunu nümayiş etdirsə, Azərbaycan hər zaman barışın və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır.

Telefon danışığı zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.

Mühüm imkana bəslənən ümid zamanıdır...

Bu yerdə ABŞ prezidenti Cozef Baydenin 2022 - ci ilin mayın 20-də Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alan bir fraza yada düşür - “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır”. Bəli, bu gün Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar, inkişafa yönəlik layihələr Cənubi Qafqazın həyatında yeni səhifə açmaq üçün sözün əsl mənasında ümid yaradıb və bu ümidin həyata keçməsi üçün mühüm zəmin formalaşıb. Təəssüf ki, ABŞ-ın son dövrlərdə ölkəmizə qarşı nümayiş etdirdiyi qeyri-adekvat münasibət bu zəmini və fursəti istisna edir - Ermənistan sülhü ləngitməklə, sülh imitasiyası ilə beynəlxalq aləmi aldatmağa çalışır.

Nəzərə alınmalıdır ki, 2023-cü ilin sentyabrında baş vermiş lokal antiterror tədbirləri sülh imkanlarını daha da inkişaf etdirib. Bu gün ABŞ da daxil olmaqla benəlxalq ictimaiyyət sülhü dəstəkləməklə, Azərbaycanın yaratdığı ədalət mənzərəsinin davamlı olmasına şərait yaratmaqla, bütövlükdə, Cənubi Qafqazın, Avropa və Asiyanın inkişafı üçün mühüm bir mərhələni adlamış olacaq...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 252 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Maraqlı

MEDİA

Milli ideologiyamız!

22 Fevral 10:50

Siyasət

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29