Ermənistanın yeni siyasi “spekulyasiya”sı...
30.11.2023 [11:07]
Anklavlar qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır!
Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesini uzatmaq üçün yeni spekulyasiyalara əl atır. Bir tərəfdən sülhün vacibliyi və tez imzalanmasından danışan İrəvan, digər tərəfdən yenə də siyasi oyunlar axtarışında olduğunu nümayiş etdirir. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın Erməninstanın işğalı altında qalan anklavları barədə danışarkən deyib ki, sovetlər dönəmində elə bilirdilər ki, SSRİ əbədidir və ona görə hüdudlarla bağlı sənədləri tapmaq çox çətindir. Qeyd edək ki, Nikol Paşinyan anklavlarla bağlı hər hansı hüquqi əsasın, hətta hüquqi sənədlərin olmadığını demişdi. Amma maraqlıdır ki, Azərbaycanın işağal altında olan anklavları ilə bağlı “sənədlərin tapılmadığını” deyən Alen Simonyan nədənsə Başkəndin Ermənistana “aid olduğunu” şübhə altına belə qoymur.
Bu, birmənalı şəkildə Ermənistanın yenidən bu və ya digər şəkildə razılaşmalardan boyun qaçırmaq, prosesi ləngitmək istəyindən xəbər verir. Necə ola bilir ki, bütün xəritələrdə hələ də işğal altında qalmış 8 kənd - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli, o cümlədən Kərki kəndi Azərbaycan torpağı kimi göstərilir, amma bunu “Simonyan dəqiq bilmir”. Əlbəttə ki, ortada yeni siyasi manipulyasiyaya “hazırlıq” gedir.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, adıçəkilən ərazilərimizin işğaldan azad edilməsi mütləqdir və bu qeyd-şərtsiz yerinə yetirilməlidir. Politoloqun fikrincə, həmin ərazilərin Azərbaycana məxsus olmasına heç bir şübhə yoxdur: “Bu ərazilərin Azərbaycana qaytarılması haqqında danışıqlar predmetli şəkildə, əhatəli formada aparılmalıdır. Bunlar qeyd-şərtsiz Azərbaycana məxsus olan ərazilərdir və qaytarılmalıdır. Digər tərəfdən, bu proses ümumilikdə delimitasiya prosesi çərçivəsində getməlidir. Və delimitasiya prosesi zamanı da müxtəlif xəritələrə istinad olunmalıdır. Sovet dönəmində Azərbaycanın ərazilərində müxtəlif illərdə dəyişikliklər baş verib, sərhəddə dəyişikliklər baş verib. Bəzi torpaqlarımız qeyri-qanuni, əsassız şəkildə Ermənistana verilib. Bununla bağlı ciddi araşdırmalar aparılmalıdır. Müxtəlif xəritələr, mənbələr araşdırılmalıdır. SSRİ-nin müxtəlif dövrlərini əks etdirən xəritələrə istinad edilməlidir. Onların üzərində ekspertiza aparılmalıdır. Hansı vaxt hansı səbəbdən bu və ya digər ərazi Ermənistana verilib və bu nə dərəcədə qanunlara uyğun aparılıb, bunlar araşdırılmalıdır”.
Politoloqun sözlərinə görə, bu proses həssas və diqqətli şəkildə inkişaf etdirilməlidir. Eyni zamanda, hələ də işğal altında qalmış 8 kəndin azad edilməsi, qaytarılması haqqında danışılan zaman əldə olunacaq razılıqda bir sıra nüanslar da nəzərə alınmalıdır. “Bu ərazilərimizə yol indiki Ermənistan ərazisindən keçiməlidir, həmin kəndlərə gedən yolların istifadə qaydaları da müəyyən olunmalıdır. Bu yollar Azərbaycan ərazisindən Ermənistandakı anklavlarımıza aparacaq. Bu yolun işlənməsi prinsipləri də müəyyənləşdirilməlidir. Yəni, təkcə kəndlərin qaytarılması ilə bağlı məsələləri yox, eyni zamanda bu əraziləri Azərbaycanın digər hissəsinə birləşdirən yolların funksionallığı ilə bağlı məsələlər də müzakirə olunmalıdır. Yəqin ki, bu müzakirələr aparılacaq və öz həllini tapacaq. Ola bilsin ki, Başkəndlə də bağlı hansısa məsələlər müzakirə mövzusu olsun”, - deyən İ.Vəlizadə əlavə edib ki, bütün hallarda proses komissiyaların birgə fəaliyyəti zəminində inkişaf edəcək. Komissiyalar işə başlamalı və iş prosesi də razılaşdırılmış qaydalara uyğun şəkildə aparılmalıdır: “Bu işin nəticəsi ədalətli, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunması ilə nəticələnməlidir. Ona görə də düşünürəm ki, komissiyaların işi müəyyən cədvəl üzərində fayda verə bilər və bu da öz növbəsində sülh və sabitliyin qurulmasına qarant olar”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55

