/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
10.03.2012 [23:23]
AzərTAc xəbər verir ki, əvvəlcə qonaqlar Heydər Əliyev Fondunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.
Nümayəndə heyətinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar və fotoşəkillər ilə tanış olublar. Nümayəndə heyəti Ulu öndər Heydər Əliyevin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasi xadim və nəcib insan olduğunu əks etdirən ekspozisiyaya maraqla baxıb.
Fondla tanışlıqdan sonra Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşüb. Heydər Əliyev Fondunda qonaqları salamlayan birinci xanım Mehriban Əliyeva onları burada görməkdən şad olduğunu deyib.
Görüşdə Heydər Əliyev Fondunun prezidenti martın 10-da Bakıda “Fransanın inciləri” adlı sərginin açılacağını və burada Fransanın ən möhtəşəm muzeylərinə aid kolleksiyalardan eksponatların təqdim ediləcəyini bildirib. Birinci xanım Mehriban Əliyeva vurğulayıb ki, bu sərgi Azərbaycanın mədəni həyatında mühüm hadisədir.
“Şadam ki, dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da Fransanın mədəniyyət qurumları ilə sıx əməkdaşlıq edir”, - deyən Mehriban xanım Əliyeva qeyd edib ki, Azərbaycan Fransada nazir Frederik Mitteranın dəstəyini hər zaman hiss edib. Azərbaycanın birinci xanımı bu dəstəyə görə minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun prezidenti paytaxt Paris ilə yanaşı, Fransanın regionlarında da Azərbaycanla bağlı mədəni tədbirlərin keçirildiyindən şad olduğunu deyib, bu ilin sonunadək Fransanın regionlarında bir neçə tədbirin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. “Şübhəsiz ki, bütün bu tədbirlərin, görüşlərin məqsədi Azərbaycan və fransız xalqlarını bir-birinə daha yaxından tanıtmaqdır”, - deyən birinci xanım Mehriban Əliyeva bu ilin aprelində Parisdə “Bakıya uçuş” adlı sərginin təşkil ediləcəyini diqqətə çatdırıb və nazir Frederik Mitteranı bu tədbirə dəvət edib.
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran birinci xanım Mehriban Əliyeva ilə görüşməkdən məmnun olduğunu bildirib.
Heydər Əliyev Fondunun prezidentinin ötən il Fransaya səfərini xatırladan Frederik Mitteran keçirilən görüşlərin ölkələrimiz arasında dostluğa töhfə olduğunu vurğulayıb.
Qonaq birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində mədəniyyət sahəsinin prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd edərək, bu sahənin əhəmiyyətindən danışıb.
Fransanın mədəniyyət və kommunikasiya naziri Bakıda “Fransanın inciləri” sərgisinin təşkilinə göstərilən dəstəyə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

