Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Borrelin 150 min yalanı...

Borrelin 150 min yalanı...

07.12.2023 [10:55]

Nardar BAYRAMLI

Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrel növbəti dəfə Cənubi Qafqazda real vəziyyəti təhrif edib və Azərbaycana qarşı qərəz nümayiş etdirib. Belə ki, Borrel 25-ci Aİ-QHT-lərin İnsan Hüquqları Forumunda çıxış edərək, Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilərlə bağlı qeyri-obyektiv mövqe sərgiləyib. Dünyadakı münaqişələrdən danışan Aİ-nin ali nümayəndəsi nə qədər gülünc olsa da, iddia edib ki, guya Qarabağdan 150 min erməni köçüb. Eyni zamanda, cənab Borrel Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində bir milyon azərbaycanlının öz torpaqlarından qovulduğunu deməyi “unudub”.

Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diqtəsinə uyğun davranışlar sərgiləyib. 19-20 sentyabrda Qarabağda keçrilən antiterror tədbirləri zamanı da Borrel erməni separaçılarına açıq dəstək göstərmişdi. Eləcə də, ötən ay Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Brüsseldə keçirilən iclasında Borrel Azərbaycana “mesaj” vermişdi. Belə ki, o, həmin toplantıda Ermənistanı “daxildən və xaricdən sabitliyi pozmaq cəhdlərinə qarşı sayıq olmağa” çağırmışdı. Ermənistanın 30 illik işğalçı siyasətinə göz yuman Borrel demişdi: “Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”.

XİN: Aİ rəsmisinin fikirləri qəbuledilməzdir

Bütün bunların fonunda cənab Borrelin Qarabağ ermənilərinin sayını şişirdərək 150 min nəfərə çatdırması qəribə və təəccüblü görünməməlidir. Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə

Borrel tərəfindən səslənmiş fikirlərlə bağlı mətbuatın sualına cavabında deyib ki, Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir. Onun sözlərinə görə, Borrelin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir: “Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Borrelin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur. Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir. Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda,Borrelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır”.

A.Hacızadə qeyd edib ki, Borrelin bu kimi yanlış bəyanatları, eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir: “Aİ nümayəndəsinə, həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq olunması bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istifadə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib. Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq”.

İcma: Heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir

Qərbi Azərbaycan İcması da  Avropa İttifaqının ali nümayəndəsi Borrelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı hiddətini ifadə edib. İcmanın bununla bağlı bəyanatında bildirilib ki, heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və Borrelin bu rəqəmi haradan götürməsi suallar doğurur: “Borreldən soruşuruq: Bəs Ermənistan nə qədər Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya etmişdir?! Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə Borrel heç vaxt bu barədə danışmayacaq. Borel və Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməmişlər. Borrel və Avropa İttifaqı XXI əsrdə bir ölkənin paytaxtında-İrəvanda minlərlə insanın “Türksüz Ermənistan” şüarı adı altında aksiya keçirməsini də pisləməyiblər. Bu il sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hədyanlar söyləyən Borrel niyə öz çıxışında elə həmin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən düz 27 il qulaqardına vurulmasına toxunmayıb?”.

Qarabağ erməniləri üzərindən korrupsiya layihələri...

Ümumiyyətlə, Qarabağdan könüllü olaraq köçən ermənilərlə bağlı müəyyən beynəlxalq dairələr məqsədli şəkildə spekulyasiya edir. Aİ-nin ali nümayəndəsi J.Borrelin davranışı da bu sıradandır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı Borrelin fikirlərinə münasibət bildirərək deyib: “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı  yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.

Digər bir məqam ondan ibarətdir ki, Qarabağdan köçən ermənilərin sayını məqsədli şəkildə şişirtməklə Ermənistan hökuməti və Aİ rəsmisi Borrel birgə korrupsiya layihəsi həyata keçirməkdədir. Yəni Qarabağ ermənilərinin sayını nə qədər artırsalar, Aİ-dən “humanitar yardım” adı ilə ayrılan vəsaiti də artıracaqlar. Beləliklə, ortaq korrupsiya layihəsi hər iki tərəfin maraqlarına uyğundur.

Paylaş:
Baxılıb: 220 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Maraqlı

MEDİA

Milli ideologiyamız!

22 Fevral 10:50

Siyasət

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29