Hərbi təhsilə təşviq…
16.12.2023 [10:10]
MÜBARİZ
Ordu quruculuğu istiqamətində növbəti mühüm addım
Hərbi təhsil, peşəkar kadrların hazırlanması müasir ordu quruculuğunda müstəsna önəm daşıyır. Azərbaycan 44 günlük müharibəni və lokal xarakterli antiterror tədbirlərini qalibiyyətlə başa çatdırsa belə ölkəmizdə müasir ordu quruculuğu siyasəti uğurla davam etdirilir. Bu fəaliyyət bir neçə istiqamətdə aparılır ki, yüksək səviyyəli peşəkar kadrların hazırlanması da bu mənada diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalaması bu məqsədlə atılan növbəti addımdır.
Ulu Öndərin əsasını qoyduğu ənənə davam edir
Bir vaxtlar xalqımızın bədxahları guya azərbaycanlıların hərb sahəsində hansısa uğurlara imza atmaq qabiliyyətində olmadıqları, gənclərimizin hərbi təhsildən uzaq durduqları barədə yanlış rəylər formalaşdırmağa çalışırdılar. Təbii ki, bu qəbildən olan informasiyalar qərəzli səciyyə daşıyırdı. Azərbaycan generalları və hərbiçiləri çar Rusiyasının ordusunda, keçmiş sovet dönəmində, İkinci Dünya müharibəsində böyük şücaətlər göstərərək ali hərbi təltiflərə layiq görülüblər.
Respublikamızda ixtisaslaşmış hərbi təhsilin əsası isə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. O, sovet dönəmində Azərbaycana rəhbərlik edərkən böyük uzaqgörənliklə müxtəlif sahələrdə gələcək müstəqilliyimizin möhkəm özüllərini yardıb. Tam qətiyyətlə deyə bilərik ki, bunlardan biri də Heydər Əliyevin müstəsna səyləri ilə respublikamızda 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasıdır. Bu məktəbin fəaliyyəti Azərbaycanda gənclər arasında hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Sonralar məhz Heydər Əliyevin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə vahid komandanlığa tabe olan ordu quruculuğu istiqamətində zəruri addımlar atıldı. Heydər Əliyev 1998-ci il mayın 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevralın 20-də isə Prezident Heydər Əliyev Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxartdı.
Ölkənin üç regionunda hərbi kolleclər yaradılacaq
Ölkəmizdə sonrakı mərhələdə müasir texnika və peşəkar kadrlarla təchiz olunmuş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Müzəffər Ordumuz Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Cari il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində mülki əhali və infrastruktur ziyan çəkmədi. Bütün bu kimi faktlar Ordumuzun yüksək səviyyəsindən, o cümlədən də hərbiçilərimizin peşəkarlığından xəbər verir. Müzəffər Ordumuzun şəxsi heyəti müharibədə innovativ texnikanı məharətlə idarə etdi, yeni yanaşmalar ortaya qoydu və XXI əsrin müharibəsini apararaq cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu.
Prezident İlham Əliyevin imzaladığı yeni Fərman Ordumuzun peşəkar kadrlarla təchizatına geniş imkanlar açacaq. Sənədə əsasən Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin üç ay müddətində yaradılmasını təmin edəcək. Sərəncamda geniş təşviq tədbirlərinin görülməsi nəzərdə tutulub. Sənəddə qeyd olunub ki, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilsin. Fərmana əsasən 2024–2025-ci tədris ilindən başlayaraq bəhs olunan sənədlə nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlara müvafiq məbləğlərdə aylıq ödəmələr veriləcək. Fərmanda digər güzəştlər də nəzərdə tutulub. Həmçinin Nazirlər Kabinetinə “Gənclərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almalarına dair 2024–2033-cü illər üçün Tədbirlər Planı”nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

