Sülh prosesində yeni mərhələ…
16.12.2023 [10:20]
Türkiyənin sülh prosesinə töhfəsi…
2020-ci il Vətən müharibəsi və lokal antiterror tədbirləri regionda yeni şərtlər formalaşdırmaqla yanaşı, sülh prosesinə də mühüm çalarlar əlavə etdi. Belə ki, prosesləri dəyərləndirən bəzi güc mərkəzləri artıq etiraf edirlər ki, Cənubi Qafqaz yeni inkişaf mərhələsində siyasi-iqtisadi münasibətlər sisteminin ən mühüm “stansiyalarındandır” və bu mənada Azərbaycanın bölgədə stabilliyi və təhlükəsizliyi bərqərar etməsi qlobal müstəvidə də mühüm məna kəsb edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin yaxın zamanda normallaşması, sülhün əldə olunması bütövlükdə regionun ümumi inkişafı fonunda izah olunur ki, bu da yeni əsaslara söykənir – xüsusilə, Türkiyə – Azərbaycan güc mərkəzinin fəal iştirakı və səyi ilə bölgənin yeni iqtisadi-siyasi sima alması sülh üçün perspektivli zəmin formalaşdırmaqdadır. Bunu anlayan və görən qlobal oyunçular özləri də etiraf edirlər ki, sülhün formalaşması üçün əsas regional aktorun - Türkiyənin prosesdə iştirakı vacibdir.
Türkiyənin masada olması…
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakı səfəri əsnasında səsləndirilən fikirlər sülhün yeni mərhələsindən xəbər verir. Belə ki, birgə mətbuat konfransında nazir Fidan bildirdi ki, bölgədə sülh, rifah və inkişaf olmalıdır və Türkiyə bundan sonra sülh olmasını dəstəkləyir: "İki ölkə arasındakı görüşləri dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə Türkiyə də normallaşmanı təmin edəcək”.
Mətbuat konfransında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da qeyd etdi ki, Azərbaycanın və Türkiyənin regionda sülh və sabitliyin təmin olunması ilə bağlı mövqeləri eynidir. “Türkiyə Ermənistanın qonşusudur və prosesə bilavasitə aidiyyəti olmayan, çoxsaylı təşəbbüslər irəli sürən bəzi üçüncü ölkələrdən fərqli olaraq bilavasitə region ölkəsidir və burada dayanıqlı sülhün, inkişafın, iqtisadi əməkdaşlığın bərpa olunmasında maraqlıdır", - deyən C.Bayramov vurğuladı ki, Türkiyə Azərbaycan üçün dost və qardaş ölkə olmaqla yanaşı Ermənistanın qonşusudur. Zatən Azərbaycan masada varsa, Türkiyə də masada var. Eyni praqmatk düşüncə ilə Ermənistan tərəfi də hərəkət etsə, Türkiyənin masada olması Ermənistanın özü üçün də əlverişli olardı.
Bəli, Türkiyə regionun əsas siyasi oyunçularından biri kimi prosesdə fəal şəkildə iştirak edir. Rəsmi Ankara “Şuşa bəyannaməsi”nə əsasən Azərbaycanla strateji və hərbi müttəfiqdir. Eyni zamanda, Ermənistan ilə münasibətlərin nizamlanması üçün mühüm prosesə start verilib. Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Bütün bu faktlar Türkiyənin sülhyaratma prosesində daha aktiv rol almaq imkanlarını ortaya qoyur.
Ən əsası Ermənistan Azərbaycanla yanaşı, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır. İrəvan üçün Türkiyənin prosesdə aktiv iştirakı, sülhyaratma prosesində fəal təmsilçiliüi mühüm dividendlər vəd edə bilər. Başqa sözlə, Türkiyənin həm də sülhə təminat verməsi Ermənistan ilə aralarındakı etimad mühitinin daha da güclənməsinə yol açar. Onsuz da Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla yürüdülən proses Azərbaycanla məsləhətləşmələr fonunda inkişaf etdirilir.
Yeni dövrdə Türkiyənin artan rolu…
Bu arada, beynəlxalq rəy də məhz Türkiyənin prosesdəki rolunun artırılmasını önə çəkir. Məsələn, ABŞ rəsmiləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu yüksək dəyərləndirir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ölkəsi Türkiyənin bu məsələdə məhsuldar rolunu alqışlayır.
Beləliklə, ABŞ rəsmisinin bu fikirləri olduqca mühüm nüanslara söykənir. Ankaranın Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasında daha məhsuldar rol oynaya bilər fikri ABŞ-ın regionda yeni siyasi situasiya formalaşdığının etirafı kimi də qəbul oluna bilər. Vurğulanmalıdır ki, Türkiyə son dövrlərdə müstəqil qlobal aktor kimi bir sıra regionlarda sabitliyin formalaşması prosesində iştirak edir. Məsələn, Yaxın Orta Şərq, Aralıq dənizi hövzəsi, eləcə də Mərkəzi Asiyada sabitləşdirici və iqtisadi inteqrasiya prosesinin mühüm iştirakçısı kimi önə çıxan Türkiyə mühüm uğurlara imza atıb. Ərəb dünyasında birləşdirici funksiya üstlənən Ankara barışıdrıcı mövqe sərgiləyir - Türkiyənin Yaxın Orta Şərqdə sülhün əldə olunmasıı prosesindəki rolu artdıqca yeni nizam ortaya çıxır. Bu isə özündə mühüm yenilikləri və çağırışları əks etdirir. Mərkəzi Asiya – Cənubi Qafqaz – Kiçik Asiya geocoğrafi məkanı Şərq-Qərb əlaqələrinin daha da güclənməsi üçün mühüm perspetkiv kimi qəbul olunur. Bu isə, qeyd edildiyi kimi Türkiyənin sülyaratma missiyasını daha da gücləndirə biləcək amilə çevrilir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

