Geopolitik zəif bənd...
27.12.2023 [10:30]
Şərqi Avropadan Cənubi Qafqaza uzanan təhlükəsizlik xətti
2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlanan dövrdə dünyanın aparıcı beyin institutları, siyasi ekspertləri və təhlilçiləri bu silahlı qarşıdurmanın ömrünün qısa olacağını bildirirdilər. Müharibənin ilk bir ili ərzində tərəflərin sülhlə bağlı hər hansı bir mövqeyə malik olmaması normal qarşılansa da, ikinci ildə prosesin “eyni templə” davamı artıq həm inciklik, həm də çətinliklər yaradıb. Nəticə ortadadır: 12 sanksiya ilə Rusiyanı dizə gətirə bilməyən Qərb, artıq özü sülh mesajları səsləndirməyə başlayıb...
Aİ öz maraqlarını NATO-dan “ayırıb”...
Vaxtilə Avroasiya məkanı üçün “ən ali təmsilçilik kürsüsü” sayılan Avropa İttifaqının cəlbediciliyini itirməsi həm də böyük bir coğrafiyada yeni təhlükəsizlik standartı müəyyənləşdirir. Daha çox “iqtisadi dayaqlar” üzərində bərqərar olan bu təhdidlər siyasi-hərbi lokasiyasını daha da genişləndirmək məcburiyyətindədir. Çünki vəziyyət qeyri-stabil olduğu qədər qeyri-anlaşılandır. Məsələn, Aİ üzvü olan və ya olmaq üçün səy göstərən ölkələrin NATO müstəvisindəki fəal təmsilçiliyi heç bir rol oynamır. Bu isə...
Məsələyə daha konkret yanaşsaq, bu gün klassik Avropanın “keşikçiləri” sayılan Fransa və ətrafı üçün NATO maraqları heç də özünün “təhlükəsizlik maraqları” kimi assosasiya edilmir. Bu dövlətlər təxminən 10 il əvvəlki dövrlə müqayisədə daha fərqli yol “cızırlar”. Məsələn, təxminən 10 il öncə Rusiya-Ukrayna münaqişəsinə “Normand dördlüyü” pəncərəsindən boylanılırdısa, bu gün artıq NATO-nun qapıları Kreml divarının ən yaxınlığına qədər uzanıb - halbuki müharibə başlayanda bəyan edilən “qırmızı xətlər”dən biri və bəlkə də birincisi məhz bu anlayış idi. Mümkündür ki, Rusiyanın şimaldakı gücü-qüdrəti Kremli bu məsələni önəmsəməməsi üçün əsasdır. Bununla belə, təhlükə-təhlükədir...
Şərqi Avropa prosesi düzgün qiymətləndirir...
Müasir siyasi müzakirələrin əsas müstəvisi olan Şərqi Avropa - Cənubi Qafqaz təhlükəsizlik xətti regional sabitliyin əsas dominant ünsürü qismində çıxış edir. Mərkəzi Avropa bu gün Rusiyanın timsalında “müəyyənləşdirdiyi rəqib”inin enerji təminatının alternativlərini tapmaq üçün “baş sındıranda”, Şərqi Avropa artıq yeni nəsil enerji - “yaşıl enerji” idxalı üçün həm zəmin, həm də infrastruktur yaradır. Şərqi Avropa Aİ daxilində yeni “fraksiya” açır:
- Rusiyaya münasibət məsələsindəki “müxalifliyi” ilə Aİ-nin köhnə strukturlarının yarıtmaz siyasətini ifşa edir;
- Ümumi maraqların qrup maraqları tərəfindən istismar edilməsinin qarşısını alır;
- Yeni iqtisadi-siyasi təhlükəsizlik zolağı forimalaşdırır.
Bu yeni təhlükəsizlik zolağı isə həm geocoğrafi, həm də geosiyasi anlam daşıyır. Məsələn, Şərqi Avropa cənubi Qafqazla, konkret olaraq Azərbaycanla yaxın tərəfdaşlıq əlaqələrini inkişaf etdirməklə böyük bir coğrafi məkan ilə təmasını mümkünləşdirir. Bəlli olduğu kimi, Azərbaycanın apardığı uğurlu siyasət bu gün Orta Asiya - Cənubi Qafqaz - Kiçik Asiya (yarımada) coğrafiyasını dünyaya vahid iqtisadi orqanizm kimi təqdim olunmasını şərtləndirir. Bu reallığı SPEKA-nın Bakı zirvəsi də təsdiqlədi - Azərbaycan artıq uğurlu iqtisadi-siyasi aktor kimi yalnız Cənubi Qafqazı təmsil etmir, həm də böyük bir iqtisadi platformanın təmsilçisi qismində çıxış edir.
Ermənistanı da itirsə...
Mərkəzi və Qərbi Avropanın isə məsələyə yanaşması bir az fərqlidir. Daha doğrusu, Fransanın timsalında müstəmləkəçi təfəkkürə malik bəziləri hələ də yeni reallıqları dərk etmək iqtidarında deyillər. Mərkəzi Avropa özünün “lider obrazı” ilə yanaşı, proseslərə nəzarət imkanlarını da tam itirdiyini etiraf etmək istəmir. Afrikadan “əli yanmış”, Rusiyadan “qızına bilməyən” Avropa praqmatizmi yenə və yeni xilas üçün Şərqdən mədəd umur. Amma “Avropa vulqarlığı” məsələni realist və praqmatik düşüncə ilə qavramağa imkan vermir - onlar anlayırlar ki, bu gün enerjiyə bərabər, bəlkə də daha qiymətli nəsnə “yeni yol”dur ki, bu da Orta Asiya - Cənubi Qafqaz - Kiçik Asiya vasitəsilə tənzimlənir. “Yeni reys” axtarışında olan Avropa Orta Asiyanı yarıdan bölən, Çinlə “iqtisadi cəhətdən birləşməni təmin edəcək” Orta Dəhlizə diqqət kəsilməyə başlayır. Bəzi siyasi ekspertlər Gürcüstana Aİ tərəfindən verilən “vəd”in xarakterini də bu amillə izah edirlər - Fransa və dostları anlayır ki, indiki məqamda Azərbaycanın dominantlıq etdiyi xətt üzrə “düzülməyə” məhkumdurlar. Bu səbəbdən də yolun mühüm stansiyalarından biri olan Gürcüstanı “tərəflərinə çəkməklə” daha yumşaq münasibət qazanmaq istəyirlər. Paris son dövrlərdə açıq şəkildə etiraf edir ki, Ermənistanı özünün arxa baxçasına çevirmək arzusu puç olur. Azərbaycan Ermənistanı da sülh vasitəsilə Fransa köləliyindən xilas edir. Bu isə Fransanı və onun kimi Şərqi düzgün dəyərləndirməyənləri geopolitik zəif bəndə çevirir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13

