Azərbaycan biganə qalmır
30.12.2023 [11:00]
Ölkəmizdən Ukraynaya göndərilən humanitar yardımların ümumi həcmi 57 milyon manatı ötüb
Azərbaycan cəmiyyəti humanistdir. Xalqımız tarixdən gələn ənənələrə sadiqlik nümayiş etdirərək ən müxtəlif məsələlərə münasibətdə bir qayda olaraq xoş məram sərgiləyir. Elə cəmiyyətin bu ovqatı dövlətin siyasəti ilə də üst-üstə düşür. Müşahidələr apardıqda humanizm prinsiplərinin Azərbaycanın dövlət siyasətindən qırmızı xətt kimi keçdiyi aydın şəkildə görünür.
Azərbaycanın dost yardımı
Üç onillik ərzində Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini öz taleyində yaşayan Azərbaycan xalqı Rusiya-Ukrayna müharibəsinin davam etməsinə biganə qalmır. Müharibə başlayandan bəri respublikamızdan Ukraynaya böyük həcmlərdə humanitar yardım, o cümlədən dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət yüklər yola salıb. Prezident İlham Əliyev 17 iyul 2023-cü il tarixində “ Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında” ?ərəncam imzalayıb. Sərəncamda bildirldiyi kimi, Azərbaycanla Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir. Sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Təkcə 20233-cü ildə Azərbaycandan dost Ukraynaya bir neçə dəfə yardım karvanı göndərilib. Hər yardım karvanında da ən zəruri mallar tədarük edilib. Məsələn cari ilin iyun ayında Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınan humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxil edilib.
Azərbaycandan Ukraynaya 14 yük maşınından ibarət növbəti humanitar yardım karvanı noyabrın əvvəllərində çatdırılıb. Bu yardım da rəsmi Kiyevin sorğusuna əsasən Azərbaycan Prezidenti İlham Əliyevin 17 iyul 2023-cü il tarixində Ukraynanın zərər çəkmiş ərazilərində davamlı enerji təchizatının bərpasına dəstək məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində yardım ayrılması barədə imzaladığı ?ərəncam çərçivəsində baş tutub. Növbəti yardıma uzunluğu 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. Yükü qəbul etmə mərasimində Ukrayna Energetika Nazirliyinin rəsmisi Petro Lutsiv əvəzsiz köməyə görə minnətdarlığını ifadə edib.
Ümumilikdə, Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib.
Heydər Əliyev Fondundan ukraynalı uşaqlara dəstək
Azərbaycan dövləti ilə yanaşı, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da Ukraynaya humanitar yardım göstərilməsi kampaniyasında iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qurum dost ölkədə müharibə fəsadları ilə üzləşən uşaqlara dəstək verir. İndiyədək ?ond tərəfindən bu məqsədlə bir neçə dəfə humanitar aksiya keçirilib. Qurumun dəstəyi ilə 2022-ci ilin avqustunda 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum qalmış 28 ukraynalı uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gətirildi. Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirildi. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstərilib.
Belə tədbirlər davamlı hal alıb. 2023-cü il 15 iyul tarixində Səhiyyə Nazirliyi Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ukraynada baş verən müharibədən qaçqın düşərək Azərbaycana sığınan uşaqlar üçün tibbi müayinələr təşkil olunub. Aksiya çərçivəsində 50-dən çox uşaq müxtəlif tibbi müayinələrdən keçib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, ?linikanın baş direktoru Fərid Eyvazov iştirak ediblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

