Fransa “yolunu azsa”...
11.01.2024 [11:16]
Makron və komandası dərslərdən nümunə çıxarmalıdır
Fransa bu il yanvarın 1-dən etibarən növbəlilik prinsipi üzrə yanvarın 1-dən BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) sədrlik etməyə başlayıb. Estafeti Ekvadordan alan Parisin BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer bununla bağlı qurumun Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə ay ərzindəki iş proqramını təqdim edib. Proqramda əsas mövzu olaraq Ukrayna ilə Rusiya arasındakı müharibə yer alır. Bundan başqa, bir aylıq planlamada İsrail və HƏMAS, həmçinin digər müharibə və münaqişələrin müzakirəsinin də diqqətdə saxlanılacağı göstərilir.
Loyallağını gizlətmək məcburiyyətindədir
Fransanın sədr qismində açıqlamasında vurğulanır ki, BMT Nizamnaməsi Təhlükəsizlik Şurasına beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət verir. Vurğulayaq ki, bir sıra siyasi ekspertlər Fransanın sədrliyi ilə Təhlükəsizlik Şurasının Yaxın Şərq, Kipr, Haiti, eləcə də Ukrayna, Qərbi Afrika, Sudan, Suriya, Yəmən, Qarabağ, Kolumbiya və Mərkəzi Asiyada vəziyyətin monitorinqini davam etdirəcəyini bildirir. Yanvarın 23-də isə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna beynəlxalq və regional tərəfdaşları bir araya gətirəcək Yaxın Şərqdəki vəziyyətə dair açıq nazirlər debatına sədrlik edəcək. Amma sədrliyi dönəmində Fransanın aylardır ki, gizli şəkildə planlaşdırdığı Rusiyaya loyal münasibət məsələsində “israr etməyəcəyi” bildirilir. Hər halda Paris bu məsələdə ABŞ ilə açıq masa arxasında üz-üzə dayanmaq istəməz. Hazırki situasiyada Fransa özünü Avrokontingentin “lideri” hesab etsə də, BMT TŞ masasında ABŞ-a “möhtacdır”.
Parisin “demokratik rəzilliyi”...
Fransanın BMT TŞ sədrliyi ilə bağlı əsas maraq doğuran məsələlərdən biri də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesidir. Əslində, Parisin son dövrlərdəki davranışları Yelisey sarayının yeni “təzyiq kampaniyaları” axtardığını, Azərbaycana qarşı çirkin planlar qurduğunu deməyə əsas verir. Xüsusilə, ötən ilin sonlarında ortaya çıxan “casus qalmaqalı” Paris üçün üzqızardıcı olmuşdu. Xatırladaq ki, casus ifşasının ardından Azərbaycan ilə Fransa qarşılıqlı olaraq iki diplomatını persona-non-grata (arzuedilməz şəxs) elan etmişqdi. Casus qalmaqalının Azərbaycanla məhdudlaşmadığı, hətta Aİ-yə yaxın ölkələri də əhatə etməsi xəbərinin üzə çıxması isə Makron hakimiyyətinin növbəti ifşasına çevrilib.
Eləcə də, bir müddət öncə Fransa şəhərlərindən birində Azərbaycan parkında milli elementlərimizin götürülməsi, həmçinin Natəvanın abidəsi ilə bağlı qərəzli yanaşmanın sərgilənməsi Parisin vandal simasını növbəti dəfə dünyaya nümayiş etdirmişdi. Demokratiyadan, dözümlülükdən, tarixi irsə hörmətdən danışan, mədəniyyət və multikultural həyat tərzi haqda nağıllar qoşan bu ölkənin davranışı onların hansı səviyyəyə, demokratik təfəkkürə malik olduğunu növbəti dəfə üzə çıxarmışdı.
Ən əsası isə Fransa ötən 2023-cü ildə bir neçə dəfə BMT TŞ müstəvisində Azərbaycanla açıq qarşıdurmaya cəhd göstərmiş və bütün hallarda məğlub olmuşdu. Laçın gömrük - buraxılış məntəqəsi, Xankəndi - Laçın yolu məsələləri ilə bağlı BMT TŞ platformasında baş tutmuş müzakirələrin hər birində qurum üzvləri Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləmişdi. Bu mənada, yaranan situasiya Ermənistan - Fransa cütlüyü üçün “yeni perspetkiv” görüntüsü yarada bilər. Amma unundulmamalıdır ki...
Frankofoniya “dərsi” unudulmamalıdır...
Təbii ki, erməni məkrinin digər üzü olan fransız məkri də “sərhəd tanımır” və istisna etmək olmaz ki, Fransa 2023-cü ildə ard-arda yaşadığı məğlubiyyətləri unutmayıb. Beləliklə Makron və komandasının məsələləri yenidən gündəmə gətirəcəyini də proqnozlaşdırmaq olar. Amma onlar da unutmamalıdırlar ki, Azərbaycan beynəlxalq aləmdə yaxın tərəfdaş, etibarlı əməkdaş kimi şöhrət qazanıb. Bunun nəticəsidir ki, illərdir Fransa Azərbaycana qarşı apardığı haqsız mübarizədən məğlub ayrılır. Hətta 2022-ci ildə Fransa Ermənistana mühüm siyasi “jest” etmək istəsə də, alındıra bilməmişdi - Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunmuşdusa da... Azərbaycanın təşkilatdakı dostları ölkəmizə qarşı qətnamə layihəsində yer alan müddəalara kəskin etirazlarını bildirmişdilər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməmişdi. İndiki halda da Fransanın “Qarabağ qaçqınları”, “etnik təmizləmə” kimi beynəlxalq hüquqa zidd fikirlərlə gündəmə gəlməyəcəyini proqnozlaşdırmaq olmaz. Bu kimi destruktiv fəaliyyət üçün fürsət axtaran Fransa BMT TŞ sədrliyindən maksimum istifadə etmək istəyəcək...
Təbii ki, Frankofoniya kimi hallar Fransa və onun himayə etdiyi Ermənistan üçün dərs olmalıdır. Onsuz da son addımları ilə ən ağır rüsvayçılıqları belə Fransaya yaşadan Makron komandası özünü dünyada yenidən rəzil etmək istəmirsə, beynəlxalq hüquqa zidd fəaliyyətə əl atmamalıdır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

