Dünyanın ən böyük beynəlxalq tədbiri...
12.01.2024 [10:00]
COP29-a evsahibliyi etmək ölkəmizin imkanlarının növbəti dəfə nümayişi olacaq
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət kursunda atdığı önəmli addımlardan biri də dünyada dostlarının sayını artırmaq, əməkdaşlıq coğrafiyasını genişləndirməkdir. Həmçinin Azərbaycanın nümayiş etdirdiyi modellərdən biri də qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsidir. Artıq nəinki Bakıda, həmçinin işğaldan azad olunmuş ərazilərdə belə beynəlxalq səviyyəli tədbirlər keçirilir. Gələn il isə respublikamız BMT-nin qlobal səviyyəli COP29 tədbirinə evsahibliyi edəcək. Bəs bu foruma evsahibliyi ölkəmizə nə verəcək?
Azərbaycan istəyinə nail oldu
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində baş tutub.
Sonuncu COP28 ötən il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Sonradan Ermənistan və Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliklərini geri çəkiblər və nəticədə ölkəmizin namizədliyi təsdiqlənib. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə ölkəmizin COP29-a evsahibliyi hüququ qazanmasından məmnunluğunu ifadə edərək bildirib: “COP29-la bağlı hadisələrin gedişatını indi hər kəs bilir və yenə də deyə bilərəm, tam səmimiyyətlə deyə bilərəm ki, bizim çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Bilirsiniz ki, COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Xüsusilə son həftələr ərzində, hətta COP konfransı Dubayda başlayandan sonra da hələ aktiv diplomatik təmaslar davam edirdi və biz burada da istədiyimizə nail olduq”.
COP29-un ölkəmiz üçün böyük önəmi
Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fəqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. İndiyədək Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə böyük uğurla ev sahibliyi edib. Bu sırada “Eurovision - 2012”-ni, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını xatırlaya bilərik. Cari ildə ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə baş tutub. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir 50 ildən sonra ikinci dəfə Bakı şəhərində keçirilib.
Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə evsahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.
Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. Prezident İlham Əliyev COP29-un ölkəmizin imkanlarının təqdimatı baxımından mühüm hadisəyə çevriləcəyinə diqqət çəkərək bildirib: “...Qonaqların sayına görə bu, ən böyük tədbirdir, yəni, Dubayda təqribən 70-75 min xarici qonaq var idi və bütün başqa amillərlə yanaşı, bu qədər qonağı qarşılamaq, şərait yaratmaq, bütün təşkilati məsələləri həll etmək böyük potensialdan xəbər verir. Yəni bu, ölkəmizin imkanlarının növbəti nümayişidir”.
COP29-a evsahibliyi hüququ qazanması həm də ölkəmizin “yaşıl” gündəliyə münasibətinin ifadəsidir. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.
Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana öz dəstəyini ifadə etdiyini bir daha təsdiqləyir. Bakıda COP29 konfransının keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub, yəni burada yekdil mövqe ortaya qoyulub. Bütün bunlar o anlama gəlir ki, Azərbaycanın ölkə daxilində və regionda yaratdığı yeni reallıqlar BMT səviyyəsində qəbul olunur ki, bu da ölkəmiz üçün son dərəcə vacibdir. Dost Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda qəbul olunan qərar Prezident İlham Əliyev siyasətinin təntənəsi, antiterror tədbirlərinə görə ölkəmizin ünvanına ittihamlar səsləndirən bədxahlara tutarlı cavabdır. Bu onu göstərir ki, Fransanın cidd-cəhdi yenə də bir nəticə verməyib və BMT səviyyəsində növbəti dəfə iflasa uğrayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın COP29-a evsahibliyi etmək şərəfinə nail olduqdan sonra ənənəvi azərbaycanafob dairələrin yenə də qərəzli münasibət sərgiləmələrinə diqqət çəkib. Bizə qarşı yenə də media kampaniyası başlayıb. “Ənənəvi aktorlar - “Vaşinqton Post”, “Nyu-York Times”, - yadınızdadır, prezident Tramp onları feyk-nyus adlandırmışdı, çox haqlı olaraq feyk-nyus adlandırmışdı, - “Fiqaro” və başqaları dərhal bizə qarşı çirkin kampaniyaya başlamışdır. Heç bir əsası olmadan və hətta mənim tərəfimdən COP29-a təyin etdiyim bizim ekologiya nazirini də atəşə tutdular. O, yəqin ki, belə hallarla ilk dəfə rastlaşır və irad tutdular ki, o, uzun illər neft şirkətində işləyib. Bu, nə deməkdir? Mən də 9 il neft şirkətində işləmişəm, sonra? Bu adam neft şirkətində ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. Ondan sonra altı ildir ki, ekologiya naziri işləyir. Bütün bunlar kənara qoyulur, sanki bu, elə deyil. Amma bunun neft şirkətində çalışması bioqrafiyası var. Hər halda bunlar təbiidir, çünki bütün beynəlxalq tədbirlər keçiriləndə biz belə bir kampaniya ilə üzləşirik, istər Avropa Oyunları olsun, istər “Eurovision”, hətta Astronavtika Konqresi. Yəni necə deyərlər, artıq bu olmasa, biz təəccüblənərik. Əcəba, nə olub? Nəyi düzgün etməmişik ki, bizi indi tərifləyirlər Qərbdə. Yəni əgər onlar bizi tərifləyirlərsə, deməli, nəsə biz, necə deyərlər xəta törətdik”, - deyə dövlətimizin başçısı bildirib.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55

