"Rossiyskaya qazeta": Azərbaycan möhtəşəm şou hazırlayır
25.04.2012 [00:19]
Müəllif fikirlərini əsaslandırmaq üçün izah edir ki, AZƏRBAYCAN sözünün yazılışına diqqətlə fikir versək, görərik ki, bu sözdə “caz” sözünün bütün hərfləri vardır, Azərbaycan musiqisini diqqətlə dinləyəndə başa düşmək olar ki, mayası muğam sənəti olan bu musiqi öz parlaq melodiyasına, ciddi harmoniyasına, oynaq ritminə, sərbəst improvizə ruhuna görə Amerika cazı ilə çox oxşardır.
A.Karavayevin fikrincə, ölkənin kütləvi mədəniyyət sahəsində uğurları Azərbaycanın müxtəlif ölkələrin elitaları tərəfindən beynəlxalq siyasi mənada qəbul edilməsinə dolayısı ilə təsir göstərir.
Qoşa səhifənin mərkəzində yerləşdirilmiş “öz məşəlini alovlandır!” sərlövhəli material “Eurovision-2012” müsabiqəsinin təşkilat komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Trend” agentliyinə müsahibəsindən bir parçadır. Mehriban Əliyeva həmin müsahibədə ölkənin mahnı müsabiqəsinə necə hazırlaşması, “Baku Crystal Hall” barədə söhbət açır.
Mehriban xanım Əliyeva bu müsahibədə deyir: “İştirakçıların, qonaqların, tamaşaçıların əksəriyyəti üçün bu, bizim ölkə ilə ilk görüş olacaqdır və mən əminəm ki, qarşıdakı müsabiqə çox adamın Azərbaycanı daha yaxşı tanımasına, onun tarixi və mədəniyyəti ilə tanış olmasına kömək edəcəkdir”.
Mehriban xanımın fikrincə, “Eurovision”a hazırlığın səviyyəsi və keyfiyyəti barədə əsl fikri yalnız müsahibə başa çatandan sonra söyləmək olar.
Qoşa səhifədə “Eurovision-2012”-nin icraçı prodüseri Adil Kərimlinin “Yüksək dəqiqlik formatında” adlı məqaləsi də dərc edilib. Bu məqalənin “Bakı super-şou hazırlayır” rubrikasında verilməsi hər şeydən xəbər verir. Məqalədə beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün görülmüş tədbirlər sadalanır, qarşıdakı möhtəşəm şounun texniki təminatından bəhs edilir.
Şəhla Məmmədovanın “Düsseldorfda möhtəşəm qələbə” adlı materialında qədim Odlar Yurdunun nümayəndələrinin 2008-2011-ci illərdə “Eurovision” müsabiqələrində iştirak etməsi, sonuncu müsabiqənin bizim Nigar Camal-Eldar Qasımov duetinin müzəffər qələbəsi ilə başa çatması haqqında söhbət açılır.
Qoşa səhifənin ikinci yarısı Xəzər Axundovun “Yüksək standartlar üzrə” adlı materialı ilə açılır. Bu materialı oxuyanda aydın olur ki, ölkənin nəqliyyat və kommunikasiya sistemləri qonaqları qəbul etməyə hazırdır.
Bu səhifədə Samirə Kazımovanın “Möcüzənin yaranması” adlı reportajında müsabiqənin ən dəyərli obyekti - “Baku Crystal Hall” sarayı barədə məlumat verilir. Bu sarayın polad konstruksiyası 36 üzlü kristalı imitasiya edir. Konstruksiyanın üzərində düzülmüş lampalar Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə sayrışır. İsveçrənin “Nussli İnternational AG” şirkətinin əməkdaşı Harold Doşun fikrincə, bu möhtəşəm zalın inşa edilməsi prosesində ən qeyri-adi və ağlasığmaz fakt “Baku Crystal Hall” sarayının bu qədər qısa müddətdə tikilməsidir. Bu, əsl möcüzədir.
Qoşa səhifədə son akkord “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanı təmsil edəcək budəfəki iştirakçısı Səbinə Babayevaya həsr edilmiş “Vokal istedadlı hüquqşünas” adlı məqaləsidir. Səbinə ELL-NİKKİ duetinin uğurunu təkrarlamaq ümidindədir.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16

