Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli maraqlara söykənən müstəqil xarici siyasət

Milli maraqlara söykənən müstəqil xarici siyasət

20.01.2024 [10:20]

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyini irəli sürdüyü partiyanı, Sədri İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasını bütün ölkə boyunca uğurla davam etdirir. Bu günlərdə partiya fəallarının iştirakı ilə yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirilir. Açıq müzakirələr şəraitində keçən bu görüşlərin iştirakçıları - onlar yaş və sosial mənşə baxımından cəmiyyətin müxtəlif təbəqələrini əhatə edirlər - yekdilliklə qarşıdan gələn 7 fevral seçkilərində yenə də Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin lehinə səs verəcəklərini, başqa alternativlərinin olmadığını birmənalı şəkildə ifadə edirlər. Görüşlərdə də vurğulandığı kimi, Azərbaycan cəmiyyətinin İlham Əliyevə böyük hörmət və etimad bəsləmələri ilk növbədə Onun rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin respublikamıza böyük uğurlar qazandırmasından qaynaqlanır.

Bununla bağlı fikirlərini ifadə edən seçicilər faktlara və ölkənin müsbət reallıqlarına istinad edirlər. Son 20 ildə qazanılan uğurların siyahısı çox uzundur. Buradan da insanlarda İlham Əliyevə dərin rəğbət hissi yaranır. Seçicilər o mövqedən çıxış edirlər ki, Azərbaycanda son 20 ildə aparılan siyasət növbəti mərhələdə də davam etdirilməli və inkişafımızın ardıcıllığı təmin olunmalıdır.

Dünyada etibarlı tərəfdaş və regional lider kimi tanınan dövlət

Biz müstəqil Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı möhtəşəm uğurlara nail olduğunu qeyd etdik. Unutmamalıyıq ki, daxili siyasətimizdəki uğurlar dövlət başçısının fəal diplomatik səyləri və milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət kursu ilə tamamlanır. İlham Əliyev uzaqgörən siyasətçi kimi ölkənin daxili və xarici siyasət prioritetlərini məharətlə uzlaşdırır. Müstəqil Azərbaycan multiregional xarici siyasət həyata keçirir. Prezident İlham Əliyev tərəfindən müyyənləşdirilən strateji kursun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda, tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Belə effektiv siyasət  ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir.

Bütövlükdə, ötən illər ərzində Azərbaycanın xarici siyasətində mühüm nailiyyətlər əldə edilib, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, heç bir dövlət qonşularla yaxşı münasibətlər qurmadan uğurlu inkişafa nail ola bilməz. Azərbaycanın qonşuluq siyasəti xoş mərama əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız 30 illik müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bir sıra enerji və nəqliyyat layihələri ölkəmizin mənafeyinə xidmət etməklə yanaşı, həm də regional və qlobal əhəmiyyət daşıyır.

Mötəbər beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik

Artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz bir çox uğurlu beynəlxalq layihələrə imza atıb, təşəbbüslər irəli sürüb, regional liderliyini daha da möhkəmləndirib. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Azərbaycan cəmiyyətində Türk birliyinin möhkəmlənməsinə böyük istək var. Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Eyni zamanda, Prezident İlham Əliyev TDT-nin beynəlxalq təsisat kimi funksionallığının artmasına hesablanan davamlı təşəbbüslər irəli sürür və obların həyata keçməsinə nail olur. Məlumdur ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi qlobal pandemiya dövrünə təsadüf etdi. Ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etməyə nail oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan Zirvə Görüşü pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk tədbir idi.

Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına (QH) tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin QH-da təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Respublikamızın QH-na uzadılmış sədrliyi qurum üçün çox uğurlu oldu. Belə ki, Azərbaycanın fəallığı sayəsində təşkilatın beynəxalq səviyyədə nüfuzu əhəmiyyətli dərəcədə artdı.

Yenə də Prezident İlham Əliyevin beynəlxalq səviyyədə artan nüfuzunun nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT)  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransına- COP29-a cari ildə ev sahibliyi etmək hüququ respublikamıza verilib. Bu, BMT-nin ən mötəbər qlobal tədbirlərindən biridir. Xatırladaq ki, sonuncu COP28 ötən il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Respublikamızın dünyanın belə ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir.

Həyata keçirilən hücum diplomatiyası

Güclü və məsuliyyətli dövlət olan Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq hücum diplomatiyası həyata keçirir. Hücum diplomatiyası və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkəmizi dəstəkləyən sənədlərin qəbul edilməsi Azərbaycanın mövqeyini daha da gücləndirib və legitim addımlar atması üçün daha əlverişli imkanlar yaradıb.

Xalqımızın əbədi fəxarət mənbəyinə çevrilən 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə Azərbaycanın gücünü və potensialını aydın şəkildə göstərdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 27 il kağız üzərində qalmış qətnamələrin icrasını Azərbaycan özü təmin etdi.

Vətən müharibəsində Qələbə qazanmaqla regionda yeni reallıqlar yaratmış ölkəmiz həm də siyasi müstəvidə bu reallıqların beynəlxalq aləm tərəfindən qəbul edilməsinə nail olub. Vətən müharibəsindən sonra bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın qarşısı qətiyyətlə alınıb.

Vətən müharibəsində şanlı Zəfər qazanmış Azərbaycan müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmiz Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 əsas prinsipi təqdim edib. Təəssüf ki, qarşı tərəf tənzimləmə prosesində də konstruktivlik göstərmir və sülh sazişinin imzalanmasını yubatmaq məqsədilə müxtəlif manipulyasiyalara əl atır.

2024-2031-ci illərdə xarici siyasət sahəsində qarşıda dayanan hədəflər

YAP-ın namizədi İlham Əliyevin seçki platformasında növbəti yeddi ildə Azərbaycanın xarici siyasət kursunun prioritet hədəfləri göstərilib. Bunlar aşağıdakılardır:

- Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi;

- Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması;

- Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi;

- Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması;

- Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması;

- Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması;

- Qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi;

- Türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi;

- Strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması;

- Azərbaycanın iqtisadi və enerji diplomatiyasının inkişaf etdirilməsi;

- Alternativ və bərpaolunan enerji növlərinin artırılması hesabına “Yaşıl enerji” gündəliyinin irəli aparılması və iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə töhfənin davam etdirilməsi;

- Azərbaycanın nəqliyyat və logistika mərkəzi rolunun daha da gücləndirilməsi;

- Beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsi;

- Multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29