Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xalqımıza qarşı soyqırımın növbəti təsdiqi

Xalqımıza qarşı soyqırımın növbəti təsdiqi

10.02.2024 [10:20]

Əsgəran qalası yaxınlığında kütləvi məzarlıq tapıldı...

2020-ci ildəki tarixi zəfərimizdən sonra azad olunmuş ərazilərdə aşkarlanan insan qalıqları bir daha onu göstərir ki, beynəlxalq aləmin Ermənistana təzyiq göstərməsinə ehtiyac var. Birinci Qarabağ müharibəsindən sonra ermənilərin işğal etdiyi ərazidə etnik təmizləmə siyasəti apardığı məlumdur. Müharibə dövründə amansızlıqla öldürdüyü, əsir götürərək sonrakı dövrdə işgəncələr verdiyi azərbaycanlıları qətlə yetirib kütləvi şəkildə basdırıblar. İtkin düşmüş bütün şəxslər, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatların Ermənistan tərəfinin əlində olduğu bəllidir.

30 il sonra işğaldan azad edilən torpaqlarda tapılan insan qalıqları ölkəmizə hüznə bərabər sevinc yaşadır. Doğmalarını cansız da olsa tapan insanların sevinci meyitlərə edilən zorakılığın doğurduğu ağrı-acıya qarışır. Tarix boyu ermənilər azərbaycanlılara qarşı vandallıq edərək kütləvi məzarlıqlar yaradıblar. Barbar ermənilər Birinci Qarabağ müharibəsində bu fəaliyyətlərini daha qabarıq büruzə veriblər. Həmin dövrdə ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə

Xocalıda baş verib. Xocalıda girov götürülən 1275 nəfərdən 150-sinin taleyi bugünədək məlum deyil.

8 nəfərin qalığı tapıldı...

Yeri gəlmişkən, dünən işğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların 1992-ci ilin fevralında Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Qazıntı işləri davam etdirilir...

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilib: “Həmin şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 1992-ci il fevralın 26-da Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildikdən sonra həmin ətrafda basdırıldığını bildirib. Komissiyanın İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlayıb. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılıb. Qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8-dən çox şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir”.

Təqsirkarlar ədalət mühakiməsinə cəlb olunmalıdır

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı açıqlama verib. Ombudsman bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib: “Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, deportasiya, terror siyasəti nəticəsində minlərlə soydaşımız məhz etnik və dini nifrət zəmində qətlə yetirilib, əsir və itkin düşüb, girov götürülüb.

Əsgəran qəsəbəsi ərazisində kütləvi məzarlığın aşkarlanması Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir. Dəfələrlə Ermənistan tərəfindən törədilmiş soyqırımı cinayətləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunmasına baxmayaraq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib. Çoxsaylı cinayətlərin törədilməsində təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalıb.

Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalı, insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verməlidir. Eyni zamanda cinayətlərin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsinə cəlb olunmalıdır”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31