Unudulmuş “demokrat”...
29.02.2024 [11:05]
Saakaşvili “demokratiya sammiti”nə niyə dəvət almır?
İlk raundu 2021-ci ilin dekabrında, ikinci raundu isə 2023-cü ilin martında keçirilən Demokratiya sammitlərinin üçüncü mərhələsi də keçiriləcək. Yayılan informasiyaya görə, bu ilin mart ayında baş tutacaq sayca üçüncü Demokratiya Sammitinə ev sahibliyini ABŞ yox, yaxın müttəfiqi Koreya Respublikası edəcək. Bildirilib ki, ABŞ və Koreya Respublikası dövlət katibi Antoni Blinkenin üçüncü Demokratiya Sammitində iştirakı üçün Seula mümkün səfərinə dair danışıqlar aparıblar. Agentliyə açıqlama verən mənbələrin sözlərinə görə, çox güman ki, bu səfər baş tutacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, A.Blinken Cənubi Koreyaya səfər edərsə, ABŞ Prezidenti Cozef Bayden tədbirə böyük ehtimalla onlayn olaraq qatılacaq.
Qeyd edək ki, ABŞ prezidentinin təşəbbüsü ilə baş tutan “sammitlərin” sayca birincisi “insan hüquq və azadlıqlarının müdafiəsi” məsələsinə həsr olunmuşdusa, ikinci toplantı daha fərqli məqamları ilə seçilmişdi. İkinci sammitin əsas hədəfləri beynəlxalq nizamın yeni qaydalarının təyin olunması, Avroatlantika blokunun dünya iqtisadiyyatını yenidən formalaşdırmasını təmin etmək, “silahsız toqquşma” vasitəsilə iqtisadi-siyasi, hərbi izolyasiyaların effektivliyinin artırılması və siyasi təşkilatlanmanın yeni mərhələsini həyata keçirmək idi. Ötən bir ildə buna nə qədər nail olunduğu isə yəqin ki, müzakirələrdə ortaya çıxacaq.
Beynəlxalq siyasi şərhçilərin fikrincə, ikinci sammit birinci qədər effektiv xarakter daşımayıb - belə ki, hazırki durum bunu açıq şəkildə ortaya qoyur. Qarşı qütbə hədəflənən iqtisadi-hərbi, ticari sanksiyaların heç bir əhəmiyyət kəsb etməməsi, hətta “müttəfiqlərin” əksəriyyətinin bu sanksiyalardan daha çox zərər görməsi və bunu açıq kontekstdə dilə gətirməsi, Ukrayna cəbhəsində yaşanan geriləmələr, BMT-nin fəallaşdırmaq imkanlarının mexanizminin tapılmaması II sammitin real uğursuzluqlarını göz önündə canlandırır. Bu baxımdan, yeni müzakirələrin ənənəvi “insan hüquq və azadlıqları” kimi özündə məchul “yumşaq güc”ü əks etdirən vasitələrə yönləndiriləcəyi proqnozlaşdırılır. 2024-cü il dünyada seçkilər ili kimi qəbul edilir və nəzərə alınmalıdır ki, bu ildə ABŞ-da prezident və Avropa Parlamentinə seçkilər keçiriləcək. Eyni zamanda, dövlət başçılarının və parlament üzvlərinin seçilməsi üçün ən çox seçkilərin Avropa regionunda keçirilməsi planlaşdırılır və səsvermə il ərzində ən azı 19 ölkədə baş tutmaqdadır. Avropada parlament seçkiləri olacaq 11 ölkə bunlardır: Avstriya, Belçika, Belarus, Böyük Britaniya, Gürcüstan, Litva, Portuqaliya, San-Marino, Şimali Makedoniya, Xorvatiya və Çexiya.
Avropanın 10 ölkəsində isə dövlət başçısı seçimləri aktuallıq daşıyır ki, onların bəziləri artıq reallaşıb. Məsələn, Finlandiyada seçkilər artıq baş tutub. Şimali Makedoniya və Litvada seçki yazda, İslandiyada iyunda, Rumıniya və Moldovada noyabrda, Xorvatiyada isə dekabrda seçki təşkil olunacaq. Slovakiya və Gürcüstanda prezident seçkisinin vaxtı müəyyən edilməyib, Ukraynada isə müharibə səbəbindən keçirilməyə bilər. Rusiyada isə seçkilər mart ayında baş tuta bilər. İyunun 6-9-da Avropa Parlamentinə seçkilər keçiriləcək. Avropa İttifaqına üzv olan 27 ölkənin hamısından 720 deputat seçməlidirlər. Belə bir gərgin seçki ilində baş tutacaq demokratiya sammitinin əsas hədəflərini də məhz ənənəvi tezislər təşkil edə bilər.
Bir maraqlı məqam isə ABŞ-ın patronajlığı ilə baş tutan bu sammitlərə “keçmiş müttəfiqlərin”, daha doğrusu vaxtilə “demokratiya yayıcısı” kimi qələmə verilən siyasətçilərin dəvət edilməməsidir. Məsələn, nə indiyə qədər keçirilən, II nə də III sammitə dəvətlilər sırasında hətta ad olaraq Mixeil Saakaşvilinin adı yoxdur. Halbuki, bir zamanlar Qərb Saakaşvilini az qala demokratiya sözü ilə paralelləşdirmişdi, onun addımlarını ən demokratik addımlar kimi asossasiya olunmasını təbliğ edirdi. Bəs necə oldu ki, Qərb Saakaşvilini “istifadəyə yararlılıq” siyahısından çıxarıb. Bu, “insan hüquq və azadlıqları” adı altında özünün maraq və planlarını təşviq edən siyasi güclərin əsl simasını üzə çıxarır. Məqsədli və süni şəkildə qabardılan, “qəhrəman”a çevrilməsi uğrunda geniş iş aparılan, fərqli maraqların təmsilçisi olanlar Saakaşvilinin durumundan ibrət götürməlidir. Yaddan çıxmış “demokrat” demokratiya sammitinə quru dəvətə belə layiq görülmür...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

