Alman mətbuatının “qeyri-dəqiqliyi”
02.03.2024 [10:10]
İmperialist güc mərkəzlərinin əlində alətə çevrilən transmilli media
Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif auditoriyalarla keçirdiyi görüşlərdə bir qayda olaraq açıq müzakirələr aparılmasına üstünlük verir. Dövlətimizin başçısının fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi də bu baxımdan fərqlənmədi. Qəbulda Prezident İlham Əliyev bir sıra digər vacib məsələlərlə yanaşı, Almaniya mətbuatında ölkəmizin həqiqətlərinin təhrif edildiyinə də diqqət çəkdi. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, - deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Dövlətimizin başçısı dedi: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.
Məkrli informasiya zəmini
Mətbuat qərəzsiz olmalı və baş verən hadisələri obyektiv şəkildə işıqlandırmalıdır. Bəs bu gün transmilli mediada hansı proseslər müşahidə edilir? Təəssüf doğuran haldır ki, biz transmilli medianın obyektivlikdən çox-çox uzaqlaşdığı fikirini tam qətiyyətlə ifadə edə bilərik. Hazırda bir sıra məşhur nəşrlərin imperialist güc mərkəzlərinin əlində alətə çevrildikləri heç kəsə sirr deyil. Bəlli çevrələrdən gələn siyasi sifarişlər, qərəzli tezislər anındaca müxtəlif dillərdə tirajlanan ayrı-ayrı media qurumlarının manşet xəbərlərinə, analitik yazıların əsas mövzuzuna çevrilir. Beləliklə, bu və ya digər coğrafiyalarda məkrli ssenarilərin reallaşdırlmasına informasiya zəmini yaradılır. Belə ssenarilər isə bir qayda olaraq milli dövlətlərə hansı yollarlasa zərbə vurmağa, onların ideoloji dayaqlarını sarsıtmağa, cəmiyyətlərdə ümidsizlik əhval-ruhiyyəsi yaratmağa və bu kimi digər çirkin məqsədlərə xidmət edir.
Azərbaycan da zaman-zaman transmilli medianın əsassız hücumlarına məruz qalır. Respublikamız milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir. Ölkəmizin siyasəti suverenlik və müstəqillik prinsiplərinə əsaslanır. Heç bir güc mərkəzi iqtisadi və siyasi müstəqilliyini yüksək səviyyədə təmin edən Azərbaycanla diktat dili ilə danışa bilməz. Biz tərəfdaşlarımızı özümüz müəyyənləşdiririk. O cümlədən işğal faktı ilə barışmayan Azərbaycan təcavüzkar Ermənistanın havadarlarının səylərinə baxmayaraq, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını bir nömrəli məsələ kimi gündəliyinin mərkəzində saxladı. Nəhayət, respublikamız 44 günlük Vətən müharibəsində və 23 saatlıq uğurlu antiterror tədbirlərində qələbələr qazanmaqla özünün əsas ümummilli ideyasını reallaşdırmağa nail oldu. Hazırda ölkənin bütün ərazisində Azərbaycan Bayrağı əzəmətlədalğalanır.
Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruması, bütün sahələrdə uğurlar qazanması dostalarımızı sevindirir, düşmənlərimizi isə sarsıdır, qəm dəryasına batırır. Buna görə də Ermənistana havadarlıq edən dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizə məhz media üzərindən hücum cəhdlərinə əl atırlar.
Almaniya rəsmiləri ilə bəzi media qurumlarının sinxron fəaliyyəti
Anti-Azərbaycan kampaniyası ayrı-ayrı vaxtlarda Almaniya üçün də xarakterik olub. Təəssüf doğuran haldır ki, heç bir əsas olmadan başlanan bu kampaniyalarda ayrı-ayrı dövlət rəsmilləri, ictimai sektorun təmsilçiləri və bəzi media qurumları, necə deyərlər, sinxron qaydada fəaliyyətlər sərgiləyiblər. Bunun təsdiqi üçün uzağa getmək lazım deyil.
Ötın il sentyabrın 19-20-də baş tutan antiterror tədbirlərindən az sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistanda və Azərbaycanda səfərdə oldu. Ancaq onun Ermənistana səfəri necə deyərlər, sərgüzəştlərlə yadda qaldı. Belə ki, Almaniyanın XİN rəhbəri Cənub Qafqazın iki dövlətinə səfəri zamanı tarazılığı gözləmədi. Ermənistanda səfərdə olarkən xanım Berbok rəsmi şəxslərlə keçirdiyi görüşlərlə yanaşı, Azərbaycanla sərhəddə yerləşən Arazdəyən kəndinə gedib, eləcə də Qarabağdan Ermənistana könüllü surətdə köçmüş ermənilərlə görüşüb. Berbok Azərbaycanda olarkən eyni məzmunlu davranışlar sərgiləmədi, hətta mətbuat konfransında keçmiş Dağlıq Qarabağda ermənilər tərəfindən uydurlmuş toponimləri dilə gətirdi və təbii ki cavabını da aldı. Berbokun obyektiv tənqidin hədəfinə çevrilən Cənubi Qafqaz turnesi ölkəsinin mətbuatında ciddi şəkildə senzuradan keçirilərək təqdim edildi. Belə ki, ermənilərin düşdüyü vəziyyətə canıyananlıq Almaniya mətbuatında Berbokun səfəri ilə bağlı dərc olunan çoxsaylı yazıların əsas qayəsini təşkil etdi.
“Deutsche Welle”in yalanları
Antiterror tədbirlərindən sonra “Deutsche Welle” agentliyinin dərc etdiyi yazılar Almaniyada aparılan Azərbaycan əleyhinə kampaniyaya ən bariz nümunədir. Agentliyin ötən ilin sentyabr ayında dərc etdiyi materiallardan birində Fransa prezidenti Emmanuel Makronun guya “Azərbaycanın Ermənistan sərhədlərini təhdid etməsi” barədə fikirləri yer alıb. Bununla belə, bir fakt nəzərdən qaçırılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı tək-tük hallar hesaba alınmazsa, şərti sərhədlərdə elə bir gərginlik yoxdur. Hazırda bütün proseslər müstəsna olaraq Azərbaycanın suveren ərazilərində baş verir və görünən odur ki, bu, Fransa rəhbərliyini narahat edir. Makronun “indi “Bakını heç nə saxlaya bilməz” və o, “Ermənistan sərhədlərini təhdid edir” kimi bədnam bəyanatı da buradan qaynaqlanır.
Alman nəşri Fransa prezidentinin “onun ölkəsinin Ermənistanın ərazi bütövlüyü ilə bağlı narahatlıq keçirməsi” barədə sözlərini sitat gətirir. Bu xüsusda, heç nəyin həmin bütövlüyə təhlükə törətmədiyi faktı diqqətdən kənarda qalır. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, öz qonşularının heç birinə qarşı iddiası yoxdur və bu səbəbdən Ermənistanla tezliklə sülh sazişinin imzalanmasını təklif edir və bu məsələdə israrlıdır.
Materialda yenə də heç kim tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” sözləri işlədilir, lakin indi həmin qondarma qurum de-fakto onun sözdə “rəhbərləri” tərəfindən özünü buraxıb. Artıq “respublikadan” əsər-əlamət qalmayıb. Alman nəşri isə onu mövcud olan bir qurum kimi qələmə verir.
“Deutsche Welle” yazır: “Fransa prezidenti, həmçinin bəyan edib ki, Moskva bu məsələdə Bakının “ortağı” olub, Türkiyə isə “həmişə bir müttəfiq kimi, Azərbaycanın hərəkətlərini dəstəkləyib”. Burada da “Deutsche Welle” açıq-aşkar Ermənistanı dəstəkləyən qüvvələrin yedəyində gedir. Moskva heç də nəşrin iddia etdiyi kimi, Azərbaycanın “ortağı” deyil, sadəcə, reallığı düzgün dəyərləndirir, Türkiyəyə gəldikdə isə, respublikamızı bu ölkə ilə tarixi ənənələr, mənəvi bağlar, ortaq maraqlar birəşdirir və heç bir kənar təsir bu dostluğu, qardaşlığı sarsıtmaq iqtidarında deyil.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30

