MÜASİR AZƏRBAYCANIN UÄžURLARININ FƏLSƏFİ ƏSASI - MİLLİ QURTULUŞ GÜNÜ
12.06.2012 [23:40]
çünki yarım əsrdən artıq siyasi və dövlətçilik fəaliyyətini xalqına xidmətə həsr edən, işıqlı sabahın yolunu ona göstərən, ölkəmizi dünyaya tanıdan Dahi öndərimizin vurğuladığı kimi, müasir dövlətimiz bu gün dünya ölkələrindən, onların qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf edir. Demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti, insan hüquqlarının aliliyi prinsiplərini əsas tutaraq, Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir.
ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın və regionun əsas strateji, qlobal məsələləri bizim rəyimiz və mənafelərimiz nəzərə alınmadan həll edilmir.
Bu gün Azərbaycan dövlətinin qazandığı uğurların əsasında Azərbaycan tarixinin ən önəmli bir günü dayanmaqdadır. 15 İyun - xalqı və milləti uçurumlardan, qırğınlardan işıqlı sabahlara aparan bir gündür. Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluşu olan 15 İyun günü müasir Azərbaycanın mövcudluğunun təminatının fəlsəfi və tarixi özülüdür.
Məhz 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Ali Sovetinə rəhbərlik etməyə başlayan Heydər Əliyev Vətənini və millətini təhlükələrdən qurtararaq davamlı inkişaf yoluna çıxaran nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir. Xalqımızın dərin zəkasını, yenilməz iradəsini və əzmini təcəssüm etdirən, böyük siyasi və dövlət xadimlərimizin, tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini XX əsrin sonlarında davam etdirərək daha da zənginləşdirən Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi, cəsarəti və fədakarlığı sayəsində müstəqil Azərbaycan dövlətini yaratdı, qoruyub saxladı. öz dühasının şah əsəri olan bu dövləti indiki və gələcək nəsillərə ərməğan etdi.
Heydər Əliyev irsinin öyrənilməsi, Onun müasir tariximizin yaradıcısı kimi təqdim olunması son vaxtlarda geniş vüsət almışdır. Bu zəngin sərvətin elmi surətdə araşdırılması, Azərbaycan elmində, Azərbaycanşünaslıqda yeni elmi istiqamətin, daha doğrusu, Heydər Əliyevi öyrənən elmi məktəbin əsasının qoyulmasına gətirib çıxarmışdır. Bu mövzuda alimlik dərəcəsi almaq üçün dissertasiyalar yazılıb, ali təhsil ocaqlarında Heydər Əliyev məşğələlərinin keçirilməsi, elmi-praktik konfransların təşkil olunması artıq ənənəyə çevrilib. Heç şübhəsiz ki, bütün bunlar çox zəruridir. Lakin bu kütləviliklə yanaşı, Heydər Əliyevin zəngin irsi onun öyrənilməsinə yaradıcı və elmi müstəvidə yanaşmanı ön plana çəkir. çünki Heydər Əliyevin müasir Azərbaycan tarixində oynadığı rol çoxşaxəli və rəngarəngdir.
Biz burada əsas 8 böyük istiqaməti ayıra bilərik. Bu istiqamətlərin hər biri bu gün Azərbaycanın qazandığı hər bir uğur və nailiyyətin sütunu və sirri, zəngin elmi-təcrübi mənbə, böyük bir məktəb və tarixin şanlı salnaməsi, Heydər Əliyev irsinin tarixcəsidir.
1. Xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasından Bakıya gəldi. Əvvəlcə Ali Sovetə Sədr seçilərək, sonra isə dahi və uzaqgörən peşəkar siyasətçi kimi, Prezidentin səlahiyyətlərini icra edərək xalqı vətəndaş müharibəsindən, aclıqdan, qardaş qırğınından və daha neçə belə təhlükələrdən qurtardı. 1993-cü il oktyabrın 3-də mütləq səs çoxluğu ilə Prezident seçilərək tariximizin yeni mərhələsinin əsasını qoydu.
2. Qısa bir müddətdə atəşkəsi təmin etmək, silahlı cinayətkarları, hərbi müxalifəti zərərsizləşdirib ölkə daxilində sabitlik və qanunçuluğun bərpası xalqımıza xoş bir töhfə, gözüyaşlı ana və bacılarımıza ən böyük təsəlli idi. O, Azərbaycan Dövlət maşınını qurdu.
3. Uzaqgörənliyin ən yüksək göstəricisi, dövlətimizin təhlükəsizliyinin öz ehtiyatlarımız hesabına təmin edilməsi - Heydər Əliyev irsinin əfsanəvi Neft Strategiyası. Müasir tariximizin səhifələrində qızıl hərflərlə yazılan yeni bir dönəm. Azərbaycanın beynəlxalq aləmdə tanınmasında ilk ciddi addım.
4. Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlətə çevrilməsi prosesi, insan hüquq və azadlıqlarının qorunması sahəsində bu irsə mənsub daha bir şanlı tarix səhifəsi - Konstitusiyanın qəbulu. Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi. Bir sözlə, Ulu öndərin ölkəmizdə vətəndaş cəmiyyətini sürətlə formalaşdırdığı dövr.
5. ölkədə düşünülmüş aqrar və sosial siyasət mərhələsi başlandı. Torpaqların özəlləşdirilməsi, yerli özünüidarə qurumları olan bələdiyyələrin yaradılması, nəticədə, Azərbaycanın digər ölkələrdən ərzaq asılılığının azaldılmasına yönəldilmiş uğurlu siyasi manevrlər mərhələsi.
6. Milli-mənəvi dəyərlərimizə və təhsilimizə dövlət qayğısının artırılması siyasəti. Bu siyasi irsin vacib tərkib hissələrindən biri olmaqla bərabər, bəlkə də ən vacibidir. Dilimizin, dinimizin, təhsilimizin, mədəniyyət abidələrimizin qorunması, onların gələcək nəsillərimizə çatdırılması Heydər Əliyevin siyasəti əsasında dövlətin ən vacib siyasi istiqamətlərindən birinə çevrildi.
7. Azərbaycanın beynəlxalq aləmdə tanıdılması siyasəti, ölkəmizin dünya dövlətlərinin arasında öz yerinin olmasının təsdiqi məsələsi də Ulu öndərin irsinin vacib tərkib hissələrindən biridir. Beynəlxalq təşkilatlara üzv olmaq, sədrlik etmək, bayrağımızın mötəbər məkanlarda dalğalandırılmasına nail olmaq üçün Heydər Əliyev hətta coğrafi xəritələrdə Azərbaycanın yerini dünyaya göstərməkdən başladı. Məhz bu siyasi irsin davamı və onun Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurlu inkişafı nəticəsində ölkəmiz bugünkü vəziyyətə gəlib çatdı.
8. Nəhayət, ümummilli liderin idman və gənc nəslin tərbiyəsi strategiyasi qeyd edilməlidir. Onun gənclərə verdiyi dəyər hər kəsə məlumdur. Uzaqgörənliklə dövlətin təkcə bu gününü yox, uzaq gələcəyini də düşünən dahi şəxsiyyət məhz bu səbəbdən, ölkədə gənclər siyasətinə böyük önəm verirdi, gənclərin faydalı məşğuliyyətinin qurulmasına çalışırdı.
Göründüyü kimi, Ulu öndər Heydər Əliyev öz zəngin və sərhədləri sonsuz olan irsi ilə müasir tariximizin ən şanlı səhifələrini yazdı, dövlətimizi süqutdan intibaha gedən yolla apardı və nəhayətdə, öz hədəfinə çataraq Azərbaycanı dünyanın ən sivil və sürətlə inkişaf edən ölkələrindən birinə çevirməyi bacardı.
SƏRRAF HüSEYNOV,
YAP GƏNCLƏR BİRLİYİ OFİSİNİN RƏHBƏRİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

