Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Üstü bəzək, altı...

Üstü bəzək, altı...

13.03.2024 [11:00]

Qərb fondlarının gizli məqsədləri ifşa olunur

Azərbaycan ötən dövr ərzində dinamik inkişaf edərək beynəlxalq müstəvidə nüfuzlu dövlətlərdən birinə çevrilib. Azərbaycan müstəqillik illərində Ermənistanın 30 il davam edən işğalı zamanı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal siyasət həyata keçirib. Eyni zamanda, bu dövrdə iqtisadi və hərbi qüdrətini artıran Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz gücünə ərazilərini erməni işğalından azad etdi. Bununla, ərazi bütövlüyünü bərpa edən dövlətimiz ötən ay ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini tam təmin etdi.

Bu amil Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Artıq bir çox ölkələr və beynəlxalq təşkilatlar dövlətimizin yaratdığı yeni reallıqları qəbul edir, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərini  dəstəkləyirlər. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, artan gücü Ermənistanı və onun havadarlarını ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. Qeyd etmək lazımdır ki, Azərbaycan informasiya texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə edib, ölkəmizin dünyaya çıxışı üçün heç bir məhdudiyyət yoxdur. Bununla belə, müəyyən beynəlxalq şəbəkə erməni lobbisinin və diasporunun təsiri ilə ölkəmizə qarşı ədalətsiz müharibə aparırlar.

Ümumiyyətlə, qloballaşma dövründə informasiya amili bütün dünyada böyük önəm kəsb edir. Ona görə də, müəyyən beynəlxalq güclər, xüsusilə Qərb dairələri milli dövlətlərdə media resurslarını ələ keçirməyə çalışırlar. Məhz medianın vasitəsilə öz məkrli plan və məqsədlərini cəmiyyətlərə təlqin etmək niyyəti güdürlər. Bu baxımdan, Azərbaycan da həmin dairələrin hədəfindədir. Belə ki, müəyyən Qərb fondları Azərbaycanda bəzi media qurumlarını ələ almağa çalışır və bunun üçün maliyyə xərcləyirlər. Son zamanlar hüquq-mühafizə orqanları tərəfindən bir sıra media qurumlarının xarici dairələrlə maliyyə əlaqələrinin üzə çıxarılması da faktı təsdiqləyir. Təbii ki, bu prosesdə Soros Fondu öndə gedir. Eləcə də, “beşinci kolon” təmsilçiləri USAİD-dən, ABŞ Milli Demokratiya İnstitutundan (MDI/NDI) maliyyələşir və aldıqları qrant müqabilində lazım olan informasiya və dəstəyi göstərməyi özlərinə borc bilirlər. Xatırlayaq: 2014-cü ildə MDI/NDI-nin Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs bank hesabından 2 milyon dollar çıxararaq bir sıra QHT-lərə, bəzi şəxslərə paylamışdı ki, özləri üçün burada bir dayaq qrupu yaratsınlar. Bu dayaq qrupunun fəaliyyəti də çox qısa zamanda iflasa uğradı.

Bütövlükdə, müəyyən  Qərb fondları Azərbaycanda geniş agentura şəbəkəsi qurmağa çalışırlar. İzi azdırmaq üçün onların adını “KİV qurumu”, “QHT”, “siyasi partiya” qoyublar. Yəni, öz agentlərini məsuliyyətdən yayındırmaq üçün hüquqi platforma yaratmaq istəyirlər. Qrant vermək adı altında onlar üçün “qanuni maliyyə mənbəyi” “təmin” edirlər. Azərbaycan 2000-ci illərdən başlayaraq, bu şəbəkəni əsasən ifşa edib, zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. 2014-cü ildə qrant alma prosedurlarını sərtləşdirilib, digər zəruri tədbirlər də görülüb.

Lakin görünən odur ki, həmin dairələr fəaliyyətlərini dayandırmaq istəmir, öz məkrli işlərini davam etdirməyə çalışıblar. Xüsusilə, bəzi media qurumlarının hansı yollarla maliyyələşdirilməsi istintaq vasitəsilə ortaya çıxdı. Bir müddət öncə “Abzas Media” işi bunu aşkar etdi. Məlum olur ki, Qərb fondları qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son illərdə yeni metodlardan istifadə edib. Məsələn, Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil 2003-2005-ci illərdə qanunları pozduğuna, siyasi proseslərə açıq müdaxilə etdiyinə görə Azərbaycandan qovulmuşdu. Onun himayəsində olan fondların fəaliyyəti isə dayandırılmışdı. Amma sonradan bəlli olub ki, Norveç fondları Azərbaycandan zahirən getsələr də, buradakı fəaliyyətlərini davam etdiriblər, “Abzas Media”nı maliyyələşdiriblər. Amma heç bir halda, heç bir yerdə görünməyiblər, adları çəkilməyib. Yəni, üzdə USAİD görünür, alt qatda işi başqa fondlar “işləyir”. Belə fondların maliyyələşdirdikləri, daha doğrusu, qanunsuz vəsait çatdırdıqları təşkilatlar hələ də varsa, aşkar ediləcək. Hüquq-mühafizə orqanlarının son əməliyyat tədbirləri də bunu təsdiqləyir.

Ümumiyyətlə, Qərb fondları Azərbaycandan nə istəyirlər? Nə üçün media qurumlarını ələ almağa çalışırlar? Qərbin indiki planlarının arxasında Azərbaycan xalqının iradəsinə təsir göstərmək, xalqımızın qələbəsinə, torpaqların işğaldan azad olunmasına kölgə salmaq istəyirlər. Xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma zonasına çevirmək niyyətindədirlər. Azərbaycan Ordusunun əzib dağıtdığı Ermənistan ordusunu yenidən qurmağa çalışırlar. Onların agenturası rolunda çıxış edən bəzi media qurumları və digər təşkilatlar da aldıqları sifarişləri yerinə yetirirlər. Qərb fondlarının burada digər məqsədi isə çirkli pulların yuyulmasıdır. Məhz bu cür vasitələrlə həmin dairələr qaranlıq maliyyə maxinasiyalarını pərdələmək niyyətindədirlər. Lakin zaman-zaman bu fəaliyyətlər ifşa olunur.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31