Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

15.03.2024 [16:49]

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə Bakıda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər arasında keçirilən təkbətək görüş zamanı həm də Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

"Ceyhun Bayramov qardaşlıq və dostluğa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb. Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə məlumatlandırılıb",-məlumatda qeyd edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan mövcud çətinlik və çağırışlara baxmayaraq, sülh prosesinin irəlilədilməsində qərarlıdır, həmçinin münasibətlərin normallaşmasının öz növbəsində regional sülh və təhlükəsizliyə töhfə verəcəyinə də inamlıdır. 

C.Bayramov həmçinin cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edərək COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

"Hakan Fidan isə qonaqpərvərliyə, habelə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Azərbaycana COP29-a sədrliyi dövründə uğurlar arzu edən nazir Hakan Fidan, Türkiyənin COP29 çərçivəsində də hər zaman olduğu kimi qardaş Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacağını vurğulayıb",-məlumatda vurğulanıb.

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30