Oğru elə bağırdı ki...
19.03.2024 [10:30]
Erməni keşişi və Oskanyanı birləşdirən “dəyər”
Cənubi Qafqazda sülh təşəbbüslərinə erməni tərəfi mane olmaqda davam edir. Bu dəfə erməni siyasətçilərə din xadimləri də qoşulub. Xüsusilə, Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması məsələsinin gündəmə gəlməsi erməni keşişlərini də siyasətdə fəallaşmağa sövq edib.
Belələrindən biri də Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyandır. O iddia edib ki, “Tavuş bölgəsində 4 kəndin təslim edilməsi ilə bağlı bəyanat təkcə düşmən tələbi deyil, həm də təəssüf ki, Ermənistan hökumətinin, onun rəhbərinin zəifliyinin və açıq şəkildə deyə bilərəm ki, vətən mərhəmətinin olmaması psixologiyasının ifadəsidir”. Erməni keşiş Paşinyan və komandasına üsyan edib. “Aldığın mirası unutmaq və ya özününkü hesab etməkdən qorxmamaq üçün ya kor olmalısan, ya da mürtəd olmalısan, özün üçün ayağa qalxa bilməsən. Bütün bu prosesdə bizə daim xəyanət və rədd cavabı verildiyini desəm, sizə sirr deməyəcəyəm. Bu, “Artsax” sülhü ilə başladı, ondan imtina, depatriasiya addım-addım davam edir. Bu müddət ərzində biz yalan adı ilə yaşamışıq, yaşayırıq, Vətənimizdən əl çəkmişik, torpağı təslim etmişik və bu gün də bizi qorxudurlar ki, bunu etməsək, müharibə olacaq”, - deyə erməni keşiş sayıqlayıb. Tavuş yeparxiyasının rəhbərinin iddiasına görə, “VII əsr Voskepar kilsəsi təsdiqləyir ki, bura düşmən ölkəsi deyil, zəifliklərimiz və günahlarımız ucbatından kəsilmiş torpaqdır”.
Yeri gəlmişkən, bu, həmin Qalstanyandır ki, revanşist olması ilə qürur duyur. Belə ki, ötən ilin dekabrında Ermənistanın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın revanşist olması ilə bağlı bu cür öyünmüşdü: “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”.
Ümumiyyətlə, tarixən Ermənistan ilə Azərbaycan arasında yaranan qarşıdurmalarda hər zaman “xüsusi rol oynayan” erməni kilsəsi indiki mərhələdə də özünün qara niyyətindən əl çəkmək istəmir. Onlar artıq uzun müddətdir ki, sülhün bərqərar olmasına, sabitliyin formalaşmasına qarşı qəti mövqe ilə çıxış edir, sülh prosesinə növbəti dəfə pəl vurmaqdan ötrü cəmiyyətdə revanşizm hisslərini qızışdırır, itaətsizliyə, mitinqlərə və yeni müharibəyə çağırışlar edirlər. Din hər zaman birləşdirici və sülhyaradıcı funksiyası ilə tanınıb, şöhrət tapıb. Erməni kilsəsinin bu qızışdırıcı, müharibəyə təhrik edən mövqeyi isə heç bir dinlə, müqəddəsliklə uzlaşmır.
Bu arada Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da Qazaxın 4 kəndi haqqında danışıb. Oskanyan feysbuk səhifəsində yayımladığı videoda Nikol Paşinyanın Tavuşun 4 kəndi ilə bağlı mətbuat konfransında verdiyi açıqlamaya reaksiyasında bildirib ki, “Əgər siz bu Ermənistan ərazilərini (?!) Azərbaycana verməyə hazırsınızsa, Azərbaycanın qarşısına Qarabağa muxtar vilayət statusunun qaytarılması vəzifəsini qoymağa borclusunuz, onlar eyni səviyyədədir”. Oskanyan iddia edib ki, Tavuşun 4 kəndini köçürməklə Paşinyan bilmədən beynəlxalq hüququn köhnə Roma prinsipini tətbiq edir: “”Mənim olan mənimdir, bu əraziləri necə aldığımdan asılı olmayaraq”. Paşinyan bu gün bunu birtərəfli qaydada tətbiq edir, bilmirəm, onun bu prinsipdən xəbəri var, ya yox”.
Oskanyanın bu fikri yalnız gülüş doğura bilər. Beynəlxalq hüquqdan danışan keçmiş nazir nədənsə sözügedən 4 kəndin Azərbaycana məxsus olduğunu və 1990-cı illərin əvvəlində ölkəsi tərəfindən işğal olunduğunu “unudur”. Əslində, 4 kəndin Azərbaycana qaytarılması beynəlxalq hüququn bərpası olacaq. Bundan başqa, keçmiş DQMV statusuna gəlincə, bu da Oskanyanın ən azı qeyri-ciddiliyinin göstəricisidir. Belə gülünc iddialar sadəcə, sabun köpüyündən başqa bir şey deyil.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

