/ / Mübariz Qurbanlı: Ölkəmizdə dinlərarası və xalqlararası dözümlülük, tolerantlıq və multikulturalizm ənənələri dərin köklərə malikdir
Mübariz Qurbanlı: Ölkəmizdə dinlərarası və xalqlararası dözümlülük, tolerantlıq və multikulturalizm ənənələri dərin köklərə malikdir
15.04.2016 [10:41]
İsveçdə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Krallıq parlamentinin (Riksdaqın) Xristian Demokratlar Partiyasından olan deputatı Mikael Oskarsson və Xristian Demokratlar Partiyasının lideri Ebba Busç Thor ilə görüşüb.
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov da görüşdə iştirak edib.
Qonaqları Riksdaqda salamlayan Mikael Oskarsson İsveç parlamentinin tarixindən danışıb, üzvü olduğu müdafiə məsələləri komitəsinin fəaliyyəti haqqında məlumat verib.
İsveçə səfəri və keçirdiyi görüşlər barədə məlumat verən Mübariz Qurbanlı İsveçin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən ölkə olduğunu və paylaşıla biləcək ortaq dəyərlərin çox olduğunu diqqətə çatdırıb.
Azərbaycanın tolerant bir ölkə olduğunu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirən Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və dəstəklənən bu siyasətin Azərbaycan üçün çox faydalı olduğunu və ölkəmizdə azad cəmiyyətin inkişafına böyük təkan verdiyini qeyd edib. Ölkəmizdə dinlərarası və xalqlararası dözümlülük, tolerantlıq və multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirən M.Qurbanlı Azərbaycan dövləti və hökuməti tərəfindən bu ənənələri daha da inkişaf etdirmək məqsədilə xüsusi proqram-layihələr həyata keçirildiyini qeyd edib və ölkə başçısının 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsini buna bariz nümunə kimi göstərib.
Sonra komitə sədri Azərbaycanın Şərqlə Qərbi birləşdirən körpü kimi regionun siyasətində oynadığı rol, ölkənin iqtisadi inkişafı və Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti ilə bağlı məlumat verib. Ermənistanın işğalçılıq siyasəti barədə danışaraq bu siyasətin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına mənfi təsir etdiyini, xalqlar arasında inamsızlığın və nifrətin dərinləşməsinə səbəb olduğunu qeyd edən Mübariz Qurbanlı erməni işğalına son qoyulması üçün İsveçin siyasi elitasını və bütövlükdə İsveç cəmiyyətini fəal olmağa, beynəlxalq hüquqa, ədalətə dəstək verməyə çağırıb.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı hazırlanan kitablar Mikael Oskarssona təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
29 Aprel 20:34
Siyasət
29 Aprel 19:43
Xəbər lenti
29 Aprel 18:42
Siyasət
29 Aprel 18:38
İqtisadiyyat
29 Aprel 17:35
Maraqlı
29 Aprel 17:14
YAP xəbərləri
29 Aprel 16:54
Dünya
29 Aprel 16:45
İdman
29 Aprel 16:24
Xəbər lenti
29 Aprel 15:55
Xəbər lenti
29 Aprel 15:28
Xəbər lenti
29 Aprel 15:14
Xəbər lenti
29 Aprel 15:08
Avropa
29 Aprel 14:54
Sosial
29 Aprel 14:28
Siyasət
29 Aprel 14:02
Xəbər lenti
29 Aprel 13:58
Dünya
29 Aprel 13:57
Xəbər lenti
29 Aprel 13:17
Dünya
29 Aprel 13:04
Xəbər lenti
29 Aprel 12:49
Xəbər lenti
29 Aprel 12:38
Siyasət
29 Aprel 12:18
Xəbər lenti
29 Aprel 12:07
Dünya
29 Aprel 11:41
Xəbər lenti
29 Aprel 11:34
Sosial
29 Aprel 11:20
Gündəm
29 Aprel 11:14
Xəbər lenti
29 Aprel 11:06
Xəbər lenti
29 Aprel 10:59
İqtisadiyyat
29 Aprel 10:34
İqtisadiyyat
29 Aprel 10:31
Xəbər lenti
29 Aprel 10:30
Siyasət
29 Aprel 10:23
Xəbər lenti
29 Aprel 10:00
Gündəm
28 Aprel 22:42
Xəbər lenti
28 Aprel 19:09
Xəbər lenti
28 Aprel 17:24
Xəbər lenti
28 Aprel 14:43
İdman
28 Aprel 14:10
Xəbər lenti
28 Aprel 12:24
Sosial
28 Aprel 11:52
Dünya
28 Aprel 11:30
Dünya
28 Aprel 11:29
Xəbər lenti
28 Aprel 11:17
Xəbər lenti
28 Aprel 10:00
Xəbər lenti
27 Aprel 20:01
Xəbər lenti
27 Aprel 18:56
Dünya
27 Aprel 18:01
Xəbər lenti
27 Aprel 17:04
Xəbər lenti
27 Aprel 16:28
Dünya
27 Aprel 16:00
Xəbər lenti
27 Aprel 15:11
İqtisadiyyat
27 Aprel 15:08
Xəbər lenti
27 Aprel 15:07
Xəbər lenti
27 Aprel 13:49
Xəbər lenti
27 Aprel 13:01
Xəbər lenti
27 Aprel 12:25
Dünya
27 Aprel 12:23
Mədəniyyət
27 Aprel 11:35
Sosial
27 Aprel 11:25
Ədəbiyyat
27 Aprel 11:15
Siyasət
27 Aprel 11:10
MEDİA
27 Aprel 11:00
Siyasət
27 Aprel 10:50
Gündəm
27 Aprel 10:42
İqtisadiyyat
27 Aprel 10:37
Siyasət
27 Aprel 10:34
Xəbər lenti
27 Aprel 10:30
Siyasət
27 Aprel 10:25