Vüqar Kərimov: İşğaldan azad edilən ərazilərdəki qoruq və yasaqlıqlar bərpa olunacaq
11.01.2021 [18:06]
Yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günüdür. Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən qeyd olunur. Azərbaycanda da ölkənin nadir təbiətinin qorunması məsələlərinə böyük diqqət yetirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Hirkan Milli Parkında jurnalistlərə müsahibəsində məlumat verib.
Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığın mövcud olduğunu vurğulayan nazir müavini, ümumilikdə, ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsinin 893 min hektara bərabər olduğunu diqqətə çatdırıb.
O bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində prioritet istiqamətlərdən biri zəngin biomüxtəlifliyin, nadir təbiət obyektlərinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır: “Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cu ildə yaradılmış Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır. Ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən yaradılan park xüsusi mühafizə olunan ərazilərin hər biri öz unikallığı və ekosistemin unikallığı ilə bir-birindən fərqlənir.”
Azad edilmiş torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqların olduğunu qeyd edən Vüqar Kərimov daha sonra deyib: “İki dövlət qoruğumuz, dörd yasaqlığımız işğaldan azad olunmuş Qarabağ bölgəsinin ərazisindədir. Hazırda faktaraşdırıcı qruplar həmin ərazilərdə yasaqlıqlara, qoruqlara, biomüxtəlifliyə dəymiş ziyanın hesablanması ilə bağlı monitorinqlər aparırlar. Növbəti dövrlərdə həmin qoruq və yasaqlıqların bərpası ilə bağlı işlər həyata keçiriləcək.”
Dünya Qoruqlar və Milli Parklar Günü ili əlaqədar Qızılağac və Hirkan Milli parklarının əməkdaşları ilə görüşən nazir müavini, onları əlamətdar gün münasibətilə təbrik edib, həmkarlarına yeni ildə görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

