Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / E-sosial.az portalından istifadə daha əlçatan, daha sürətli və daha rahatdır

E-sosial.az portalından istifadə daha əlçatan, daha sürətli və daha rahatdır

13.01.2021 [15:26]

Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial.az internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” və “İOS” əməliyyat sistemi üçün tətbiqlər də fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mobil tətbiqi yükləyərək sosial müdafiə hüquqları barədə bütün suallara bir pəncərədə cavab tapmaq olar.

Mobil tətbiqdə qeydiyyat çox sadədir. İstifadəçidən yalnız adı, şifrə, adına olan mobil nömrə, elektron poçt ünvanı və FİN nömrəsini qeyd etmək tələb olunur.

16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən portalda əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya kimi müxtəlif sahələrin elektron bazasına çıxış imkanı var.

Qeyd edək ki, 2020-ci il ərzində e-sosial.az portalına “Android” əməliyyat sistemi vasitəsilə 32 050, “İOS” platforması üzərindən 31 186 müraciət daxil olub.

E-sosial.az portalının mobil tətbiqi ilə bağlı ətraflı məlumatı videoçarxından əldə etmək mümkündür.

Paylaş:
Baxılıb: 1111 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30