Zəka, məntiq və strategiya oyunu...
20.07.2024 [11:20]
Beynəlxalq Şahmat Günüdür!
Şahmat hər şeydən əvvəl mübarizədir. 64 xanalı taxta lövhə üzərində cansız fiqurlar arasında gedən səssiz-səmirsiz döyüş olan şahmat mübarizəsi insanda təhlil qabiliyyətini artırır, təxəyyülü gücləndirir, dözüm, inad, qətiyyət və dəmir iradə tərbiyə edir. Şahmatda siyasi kombinasiyalar belə mövcuddur.
100 il öncə...
Bu gün-iyulun 20-si dünyada Beynəlxalq Şahmat günü kimi qeyd olunur. Bayram 1966-cı ildən UNESCO-nun rəsmi bayram günləri təqviminə salınıb. Seçilən tarix heç də təsadüfi deyil. 1924-cü ilin məhz iyul ayının 20-də, Fransanın paytaxtı Paris şəhərində Ümumdünya Şahmat Federasiyası (FİDE) yardılıb. Artıq 100 ildir ənənəyə çevrilən bayram, Azərbaycan da daxil olmaqla dünyanın 178 ölkəsində qeyd olunur.
Şahmat nə vaxt və necə yarandı?
Şahmat 1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb. Rəvayətə görə, hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı - ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün? Bu oyun hind şahzadəsini valeh edir. Şahzadə bu oyunu icad edən şəxsi mükafatlandırmaq məqsədi ilə saraya çağıraraq deyir: “Nə arzun varsa, de, yerinə yetirim”. Həmin müdrik şəxs birinci xana üçün 1, ikinci xana üçün 2, üçüncü xana üçün 4, dördüncü xana üçün 256 və bu minvalla 64 xananın hər biri üçün həndəsi silsilə ilə artan qaydada buğda istəyir. İxtiraçının istəyinin bir kisə buğdadan çox olmayacağını düşünən şahzadə bu xırda ənamı verməkdən utanır və həmin şəxsə çoxlu qızıl-gümüş təklif edir. Müdrik şəxs bununla razılaşmır. Şahzadə xəzinədarı çağırır və xahişi yerinə yetirməyi əmr edir. Səhəri gün xəzinədar şahzadəyə ixtiraçının istədiyi buğdanın həddən çox olduğunu xəbər verir. Bunun 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 616 buğda dənəsi etdiyini deyir. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4 metr, eni 10 metr, uzunluğu isə 30 milyon kilometr olan anbar gərəkdir. Şahzadə heyrətlənir və müdrik insanın ağlına bir daha heyran qalır.
Azərbaycanda şahmatın inkişaf tarixi
Azərbaycanda şahmatın intellektual idman növü kimi tarixi qədim zamanlara gedib çıxır. Ölkəmizdə şahmat oyunu özünü təsdiq edənə qədər böyük inkişaf yolu keçib. Tədqiqatçıların fikrincə, şahmatın ilk forması olan çətrəngin əsrlər boyu təkmilləşdirilib şətrənc (şahmatın ikinci inkişaf mərhələsi) halına salınmasında, həmçinin şətrəncin inkişaf etdirilib müasir şahmata çevrilməsində böyük əmək sərf etmiş xalqlardan biri də azərbaycanlılar olub. Azərbaycan xalqının görkəmli elm, sənət adamları hələ qədim zamanlarda uzaq Hindistanda şahmatın yaradılması ilə maraqlanmış, onun başqa ölkələrə yayılmasını daim izləmiş və özləri də VI əsrin axırlarında həmin oyunla yaxından məşğul olmuşlar. Lakin o dövrün şahmat oyunçularından heç kəsin adı bizə məlum deyil.
İlk azərbaycanlı şahmatçı...
Orta Asiya əlyazmasında adı çəkilən ilk Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvanidir (IX əsr). Xaqani Şirvani (XII əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahi mütəfəkkirlərimiz öz əsərlərində şahmatı tərənnüm edib, onun haqqında mənalı, dərin fikirlər söyləyiblər. XI əsrdə yaşamış görkəmli mütəfəkkirimiz Qətran Təbrizinin əsərlərində o dövrün şahmatı haqqında maraqlı məlumatlar verilib.
Şahmat həqiqətən sirli bir aləm, möcüzələr dünyasıdır. Bu oyun, həmçinin çətin tapşırıqları həll etmək və yeni ideyalar yaratmaq imkanı verir. Təəccüblü deyil ki, altsqeymer xəstələrinə qarşı mübarizə metodu kimi şahmat oynamağı tövsiyə edirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

