Azərbaycana gələn turistlərin sayı 30 faizdən çox artıb
13.09.2024 [19:17]
Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1748,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniazerbaycan.com Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,2 faizi Hindistan, 8,1 faizi İran, 4,4 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Pakistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Özbəkistan, 1,5 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail, Türkmənistan və Oman, 1,0 faizi Belarus, 10,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,4 dəfə, Cənubi Koreyadan 2,2 dəfə, Çindən - 2,0 dəfə, İspaniyadan - 1,8 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Filippindən - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Omandan - 49,6 faiz, İrandan - 42,1 faiz, İtaliyadan - 35,0 faiz, Polşadan - 33,7 faiz, Səudiyyə Ərəbistanından - 31,4 faiz, Türkmənistandan - 30,3 faiz, Yəməndən - 28,1 faiz, Misirdən - 26,7 faiz, Küveytdən - 23,8 faiz, ABŞ-dan - 21,6 faiz, Özbəkistandan - 20,9 faiz, Ukraynadan - 18,9 faiz, Türkiyədən - 18,8 faiz, Almaniyadan - 18,6 faiz, Rusiya Federasiyasından - 17,7 faiz, Fransadan - 12,6 faiz, Gürcüstandan - 10,9 faiz, Moldovadan - 10,9 faiz, Tacikistandan - 10,8 faiz, Bəhreyndən - 10,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,1 faiz artıb.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5 faiz artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 663,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,2 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 20,6 faiz artaraq 1458,6 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,0 faiz, Gürcüstana gedənlərin sayı 14,9 faiz, Türkiyəyə gedənlərin sayı 14,8 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,4 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil etmişdir.
Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

