Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb

Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb

17.09.2024 [14:58]

Sentyabr ayı ərzində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən müxtəlif hüquqpozmalara qarşı həyata keçirilən tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniazerbaycan.com-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində isə 5 nəfər tutularaq istintaqa təqdim edilib.

Onlardan 5 kiloqramdan artıq metamfetamin və marixuana aşkarlanıb. Əməliyyat yolu ilə 1 nəfərdən “Makarov” markalı tapança aşkarlanıb, profilaktik tədbirlər nəticəsində vətəndaşlar tərəfindən müvafiq sənədləri olmayan 4 tüfəng təhvil verilib.

Mülki öhdəlikləri yerinə yetirməyən 29 şəxs müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. 14 inzibati icraat üzrə talama hadisələri törədən şəxslər barəsində isə tədbirlər görülüb.

Paylaş:
Baxılıb: 412 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31