/ / Qaradağ rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib
Qaradağ rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib
17.09.2024 [16:53]
Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı sahəsindəki fəaliyyəti çərçivəsində növbəti layihəsi sentyabrın 17-də Qaradağ rayonunda həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, rayondakı 286 saylı körpələr evi-uşaq bağçası 1980-ci illərdə inşa olunub. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyaları köhnəlib və istifadəyə yarasız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən binada təmir-bərpa işləri həyata keçirilib və bağçanın 120 yerlik yeni binası artıq istifadəyə verilib. Burada uşaqlar üçün yataq və oyun otaqları, akt zalı, mətbəx, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları yaradılıb, qruplar üçün söhbətgahlar quraşdırılıb.
Körpələr evi-uşaq bağçasının açılışında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA), Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayıb.
Dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edən İ.Rəsulova təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini, yeni bağçaların tikildiyini və ya köhnələrinin əsaslı təmir olunduğunu söyləyib.
İki birmərtəbəli korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.
Fikirlərini AZƏRTAC-la bölüşən 286 saylı körpələr evi-uşaq bağçasının müəllimi Tahirə Qəhrəmanova 1985-ci ildən burada fəaliyyət göstərdiyini deyib. Bağçanın yenidən qurulmasından sonra burada yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edən T.Qəhrəmanova deyib: “Çalışacağıq ki, uşaqları vətənpərvər ruhda tərbiyə edək, onları cəmiyyətə faydalı vətəndaşlar kimi böyüdək”.
Qeyd edək ki, yeni istifadəyə verilən 286 nömrəli uşaq bağçası 120 yerlikdir.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

