23 ölkədən 80-dən çox alim...
20.09.2024 [10:37]
Bakıda bir araya gəldi
Xaricdə yaşayan həmvətənlərimizin sıralarında çoxsaylı elm xadimləri var. Təbii ki, bu, Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi üçün təqdirəlayiq işlər görülüb.
Həmin tədbirlərdən biri olaraq bugünlərdə paytaxtımızda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunu xüsusilə qeyd etmək yerinə düşər. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutub. 23 ölkədən 80-dən çox azərbaycanlı alimin gəldiyi tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edib. Bundan başqa, Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir. Forum çərçivəsində iştirakçılar işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərinə gediblər. Bundan başqa, onlar Qarabağ Universitetnin müəllim heyəti ilə müzakirələr aparıblar.
Xaricdə yeni nəsil alimlər yetişir
Forumda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, sözügedən forumun təşkili, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanması mühüm hadisədir. Təşkilatlanma işinin əhəmiyyətini qeyd edən F.Muradov komitənin fəaliyyətini dövlətin siyasətinə, “Yol xəritəsi”nə uyğun qurduğunu bildirib: “Məqsədimiz birliyə nail olmaq, həmrəyliyimizi daha da gücləndirməkdir”.
Komitə sədri xaricdə artıq yeni nəsil alimlərin yetişdiyini bildirib. Onun sözlərinə görə, xaricdə yaşayan soydaşların hər birinin uğuru birlikdən keçir. Onlardan əsas gözlənti dövlətə töhfə vermək, təcrübələrini bölüşməkdir.
F.Muradov qeyd edib ki, incəsənət nümayəndələri, o cümlədən musiqiçilər də elmin inkişafına müxtəlif formalarda töhfə verirlər.
Azərbaycan dili dərsliyi çap olunacaq
F.Muradov həmçinin bildirib ki, xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi çap olunacaq. Komitə sədrinin sözlərinə görə, bu dərslik həm də xaricdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün faydalı ola bilər.
Beynəlmiləl təcrübənin əhəmiyyəti
Müzakirələrdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil ocağının özülünün beynəlmiləlçilik əsasında qoyulduğunu vurğulayıb. Beynəlmiləl təcrübənin əhəmiyyətindən danışan rektor xaricdən gələn alimlərin rolunu vurğulayıb və forumun bu istiqamətdə töhfə verəcəyindən əmin olduğunu ifadə edib.
Mövzu ətrafında çıxış edən və təkliflərini səsləndirən digər natiqlər tədbirin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 ərəfəsində təşkil edildiyini vurğulayaraq, kadrların hazırlanmasının qlobal əmək bazarının tələblərinə uyğunlaşdırılması, rəqəmsallaşma, yeni model universitet təhsili istiqamətində beynəlmiləşmə strategiyasının roluna toxunublar.
Peşəkar və gənc alimlər arasında körpü...
Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, dünya şöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır.
Alim Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. “Xalqımızın inkişafına əlimizdən gələn qədər töhfə verməyə hazırıq”, - deyə azərbaycanlı alim qeyd edib.
Xaricdə yaşayan alimlərimizdən gözləntilər çoxdur
Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir.
Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan nazir transformasiyanın ən böyük problem olduğunu qeyd edib. Elmi rəqəmlərlə ölçməyin mümkün olmadığını deyən nazirin sözlərinə görə, Azərbaycan üçün elm və təhsil sahəsində müəyyən problemlər var. Lakin son on il ərzində bu sahədə müsbət işlər görülüb. Nazir xaricdə yaşayan alimlərimizdən gözləntilərin çox olduğunu da diqqətə çatdırıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

