Meymunçiçəyi ilə bağlı son vəziyyət...
08.10.2024 [08:35]
Nə dərəcədə təhlükəlidir?
Son zamanlar dünya yeni bir xəstəliklə-meymunçiçəyi virusu ilə qarşı-qarşıyadır. Hətta virus bir çox ölkədə sürətlə yayılmağa davam edir. 2024-cü il yanvarın 1-dən sentyabrın 22-dək Afrikada 31,427 şübhəli və ya təsdiqlənmiş meymunçiçəyi xəstəsi, bu xəstəlikdən 844 ölüm halı müəyyən edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Yüksək xəbərdarlıq səviyyəsi elan olunub
Bu ilin 9 ayında Afrikada 35 mindən çox şəxs meymunçiçəyi (“mpox”) virusuna yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu müddət ərzində virusa yoluxan 996 nəfər dünyasını dəyişib. Sentyabrın 23-dən 29-dək olan həftə ərzində virusa yoluxanların sayı 4 min 098, ölənlərin sayı isə 156 nəfər artıb.
İlin əvvəlindən həkimlər Konqo Demokratik Respublikasında “mpox” şübhəsi ilə çoxlu sayda virusa yoluxma və ölüm halları müəyyən ediblər - müvafiq olaraq 30 min 766 və 990. Burundi ikinci yerdədir, ilin əvvəlindən 1368 nəfərdə meymunçiçəyi şübhəsi var. Bu ölkədə ölüm halı qeydə alınmayıb.
Eyni zamanda, sentyabrın 16-dan 22-dək yoluxma sayı 2 085 nəfər artıb, o cümlədən 34 nəfər ölüb. Həftə ərzində 402 yoluxma faktı laboratoriyada təsdiqini tapıb.
İlin əvvəlindən epidemiyanın episentri olan Konqo Demokratik Respublikasında meymunçiçəyi virusuna 27,103 şübhəli və ya təsdiqlənmiş yoluxma müəyyən edilib, 838 xəstə dünyasını dəyişib. Ümumilikdə, 2022-ci il yanvarın 1-dən 2024-cü il avqustun 31-dək 123 ölkədə 106 310 təsdiqlənmiş meymunçiçəyi virusu, o cümlədən 234 ölüm halı qeydə alınıb.
Virusun yayılması Ümumdünya Səhiyyə Təşkilatını ən yüksək xəbərdarlıq səviyyəsi olan beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (Usppi) elan etməyə vadar edib. Eyni zamanda, Konqoda ən yüksək xəbərdarlıq səviyyəsi elan olunub.
Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da baş verib. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb. Qeydə alınan 81 yoluxma nəticəsində ölən olmayıb.
İndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.
5000 PCR dəsti gətiriləcək
Bir müddət əvvəl Azərvbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) meymunçiçəyi virusunun aşkarlanması üçün növbəti dəfə PCR dəstləri alacaq. Qurum PCR kitlərinin satın alınması ilə bağlı tender elan edib. Beləliklə, 5000 dəst PCR dəstinin sifariş edildiyi bildirilib.
Qeyd edək ki, meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları ilk dəfə olaraq avqust ayında Azərbaycana gətirilib.
Azərbaycanda şübhəli hal baş verib?
Ölkəmizdə bu virusa yoluxma ehtimalı olan kiminsə olub-olmaması təşviş doğuran məsələlərdən biridir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, bu günə qədər meymunçiçəyi ilə bağlı şübhəli hallar qeydə alınmayıb: “Belə hallar qeyd edildiyi təqdirdə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi qaydalara əsasən, həmin şəxslər test olunaraq laborator diaqnostika aparılacaq”.
Təşvişə ehtiyac varmı?
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, xəstəlik əksər hallarda mülayim formada olur, bəzən su çiçəyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur. Lakin xəstəlik bir çox hallarda daha kəskin keçə bilər: “Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər. Həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar, yataq dəsti və paltar kimi əşyalar vasitəsilə də yayılması mümkündür.
Aidiyyəti qurumlar tərəfindən xəstəliklə bağlı testlərin alınmasını, həmçinin maarifləndirici məlumatların verilməsini yüksək qiymətləndirmək lazımdır. Ölkəmizdə yoluxma hadisəsi qeydə alınmayıb və şühbəli hal da yoxdur. Lakin bu, o demək deyil ki, ehtiyatı əldən verməliyik. Müvafiq testlərin alınması, informasiyaların verilməsindən məqsəd təşviş yaratmaq yox, sadəcə insanları məlumatlandırmaqdır”.
Xəstəliyin müalicəsi yoxdur...
İnfeksionist meymunçiçəyinin müalicəsinin olmadığını, lakin infeksiyanın qarşısının alınması ilə onun yayılmasına nəzarət etməyin mümkün olduğunu bildirib: “Bu infeksiyaya qarşı təbii çiçək peyvəndinin 85 faiz təsirli olduğu təsdiqlənib. Böyük Britaniya çiçək xəstəliyinə qarşı peyvəndin dozasını alıb, lakin neçə doza vurula biləcəyi bəlli deyil. İspaniyanın da minlərlə vaksin dozası sifariş etməyə hazırlaşdığı bildirilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17

