Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı uğurla icra edilib
22.01.2013 [11:26]
Azərbaycanda son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun qabaqcıl ölkələrin səhiyyə sisteminə inteqrasiya olunmasına zəmin yaradıb və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun artmasına səbəb olub. İndi ölkəmizdə böyrək köçürülməsi əməliyyatları adi hala çevrilib.
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin sifarişçisi olduğu Mərkəzi Klinik Ambulatoriyanın yenidən qurulması da dövlət proqramlarının həyata keçirilməsi istiqamətində ən uğurlu addımdır. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi Cəmil Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsi bir sıra uğurlara imza atıb. Mərkəzi Klinik Xəstəxanada uğurla icra edilən süni ürək köçürülməsi əməliyyatı da bu uğurlardan biridir.
Azərbaycanda ilk dəfə aparılan süni ürək köçürülməsi əməliyyatı zamanı xəstəyə ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib.
AzərTAc xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev yanvarın 21-də keçirdiyi mətbuat konfransında məlumat verib.
K.Musayev deyib ki, bu əməliyyat Mərkəzi Klinik Xəstəxanada 44 yaşlı Balakən sakini İbrahim Mənsurovun üzərində aparılıb. Yataq xəstəsi olan və ağır dozada dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. Dilatasiob kardiomiopatiya xəstəliyindən uzun müddət əziyyət çəkən xəstə ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilib və ona uzunmüddətli süni ürək cihazı köçürülməsi məsləhət görülüb. Hazırda xəstənin süni ürək cihazı öz funksiyasını normal yerinə yetirir və onun yaxın günlərdə evə buraxılması planlaşdırılır.
Qeyd edilib ki, bu əməliyyatların milli kadrlar tərəfindən aparılması Azərbaycan səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsini göstərir.
Xəstə İ.Mənsurov deyib: “Gördüyünüz kimi, vəziyyətim yaxşıdır. Bu xəstəlikdən uzun müddət idi ki, əziyyət çəkirdim. Müalicə üçün qonşu Gürcüstana da getmişdim, lakin orada məni xəstəxanaya götürmədilər. Son ümid yeri kimi Mərkəzi Kliniki Xəstəxanaya gəldim. Həkimlər məni müayinə etdikdən sonra əməliyyat aparılmasını məsləhət bildilər. İndi ayaq üstə gəzə bilirəm. Respublikamızda belə beynəlxalq səviyyəli klinikanın yaradılmasına görə dövlətimizin başçısına minnətdaram. Eyni zamanda, mənə ikinci dəfə həyat bəxş edən həkimlər və tibb bacılarına təşəkkür edirəm. Artıq ürək əməliyyatı üçün xaricə getməyə heç bir ehtiyac yoxdur”.
Süni ürək köçürülməsi kifayət qədər kompleks bir əməliyyatdır. Sevindirici haldır ki, artıq Azərbaycanda süni ürək cihazının köçürülməsi reallığa çevrilib. Prezident İlham Əliyevinin müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz edilməsini, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Bu gün səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20

