Psixoloq İlhamə Mustafayeva: "Məktəblərdə psixoloqa müraciət birmənalı qarşılanmır"
29.10.2024 [09:48]
Məktəb uşaqlara, elm, bilik, savad verməklə yanaşı, onların vətənə layiq şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Şübhəsiz ki, bu işdə məktəbdə tədris keçən müəllimlərin də rolu əvəzsizdir. Lakin, müasir dövrdə məktəblərdə müəllimlərdən əlavə psixoloq xidmətinin də aktiv şəkildə fəaliyyət göstərməsi vacib mələlərdən biridir. Belə ki, hər hansı şagirdin psixoloji probleminin həllində müəllim ona dərindən kömək edə bilməz. Belə olduğu halda psixoloqun müdaxiləsi mütləqdir.
Psixoloq İlhamə Mustafayeva "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, məktəblərdə psixoloqların fəaliyyəti formal xarakter daşımamalı və onlar şagirdləri narahat edən istənilən məsələdə fəal iştirak etməlidir: "Uşaqların düzgün və sağlam inkişafı, cəmiyyətimiz və dövlətimiz üçün önəmli məsələlərdən biridir və burada məktəb və müəllimlərin xüsusi yeri var. Məktəb psixoloqonun əsas vəzifəsi sinifdəki şagirdlərin vəziyyətini öyrənmək, uşaqların bir- biri ilə və müəllimlərlə münasibətini analiz etmək, onların dərsi mənimsəmək sürətini və bacarıqlarını öyrənməklə yanaşı, məktəblini narahat edən məsələləri və situasiyaları aşkarlamaqdan ibarət olmalıdır".
İ. Mustafayeva bildirir ki, psixoloq məktəblinin davranışlarının adekvat olması istiqamətində uşağın daxil olduğu sistemdə sağlam atmosfer qurmağa dəstək olmalıdır: "Uşağı narahat edən istənilən məsələ və situasiya ilə bağlı psixoloqa müraciət olunmalıdır. Əgər uşağın maraqları itirsə, aqressiv davranışlar sərgiləyirsə, neqativ emosiyaları çoxalırsa, həyəcan, təşviş və qorxular artırsa, eyni zamanda ailədə də problemlər yaşanırsa, dərsi mənimsəmə problemləri ilə üzləşirsə və s. hallarda psixoloqa müraciət etməlidir. Uşaqların psixoloqa müraciətini təmin etmək və psixoloqdan yararlanma və psixoloqa müraciətin faydalılığı ilə bağlı maariflənmə aparılmalıdır".
Qeyd edək ki, uşaqlar psixoloqa müraciət etməyi müəllimə hər hansısa bir mövzu ilə bağlı sual vermək qədər normal hesab etməlidirlər. Araşdırmalar göstərir ki, çox zaman psixoloqa müraciət edən şagird digər şagirdlər tərəfindən istehza olunur. Ələ salınır ki, bu da şagirdlərin məktəb psixoloquna müraciətini məhdudlaşdırır.
İ. Mustafayeva qeyd edir ki, belə olduğu halda çox zaman valideynlər məktəb psixoloquna etibar etmədikləri üçün uşaqlarını kənar psixoloqlara yönəldirlər: "Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri aparılmalı, məktəbdə təlim-tədris prosesinin keyfiyyətli olması, uşaqların qarşılıqlı münasibətlərinin sağlam olması yolunda fəaliyyətlərini davam etdirməlidir".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

