Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək

Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək

04.11.2024 [16:51]

Ədliyyə naziri Fərid Əhmədov 2024-cü il noyabrın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Laçın rayon sakinlərini qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı noyabrın 28-dək Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110, əlaqə telefonu +994 20-205-43-07) müraciət edərək, həmçinin Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və contact@justice.gov.az e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31