Təyyarə vuruldu...
12.12.2024 [08:46]
Yardıma getmişdi, xain atəşinə tuş gəldi
Rüstəm Məmmədov, Eyyub Yusifov, Məmməd Şabanov, Sərdar Rəhimov, Möhsüm Quliyev, Bəhram Babaxanov və digərləri. Bunlar 1988-ci il dekabrın 7-də Ermənistanda episentri Spitak şəhəri olmaqla baş verən 7 bal gücündə zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək məqsədilə Azərbaycandan göndərilən və Ermənistan səmasında xaincəsinə vurulan İL-76 təyyarəsinin göyərtəsində həlak olan soydaşlarımızın adlarıdır. Təyyarəmiz Ermənistan səmasında xain atəşə tarixin bu günündə - dekabrın 12-də tuş gəlib.
Azərbaycanın humanizm jesti
İndiyədək dünyanın ayrı-ayrı ölkələrində dağıdıcı zəlzələlər baş verib. Bu təbiət hadisələri zamanı çoxlu sayda insan həyatını itirib, bütöv şəhərlər, kəndlər yer üzündən silinib.1988-ci il dekabrın 7-də Ermənistanda baş verən zəlzələnin fəsadları da ağır idi. Avtoşokları sonrakı günlərdə də davam edən zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Dəhşətli faciədir. Ancaq həmin faciə ilə bağlı ən dəhşətli və qandonduran məqam isə çətinliyə düşən insanlara köməyə gələn Azərbaycan təyyarəsinin Ermənistan səmasında xaincəsinə vurulması oldu...
Qeyd etdiyimiz kimi, zəlzələ hələlik insan oğlunun qarşısında aciz qaldığı faciədir. Faciə isə elə bir anlayışdır ki, bu zaman hamı milli-etnik-dini kimliyini unudur, hər kəsin qəlbində məhz insanlıq naminə bir həmrəylik hissi baş qaldırır. Spitak zəlzələsinin xəbəri gələndə də Azərbaycan cəmiyyətinə dərin narahatlıq hissi yaşandı, insanlar xalqımızın ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun qaydada kömək göstərmək barədə düşündülər. Təbii ki, Azərbaycanın rəhbərliyi də zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirakla bağlı qərar qəbul etdi. Bu, könüllü, cəmiyyətin sosial sifarişi nəzərə alınmaqla verilən bir qərar idi. Beləliklə, Azərbaycandan göndərilən İL-76 təyyarəsi göyərtəsində olan geniş heyətlə Ermənistana uçdu. Bu, Azərbaycan tərəfindən sərgilənən bir humanizm jesti idi.
Ermənistanın məkri
Erməni məkri barədə çox yazılıb, çox deyilib. Ermənistan cəmiyyətinə xüsusilə də azərbaycanlılara qarşı nifrət hissi hakimdir. Spitak zəlzələsinin qurbanlarına köməyə tələsən azərbaycanlılar səmada, təyyarə göyərtəsində məhz erməni məkrinə tuş gəldilər. Belə ki, bu dəfə də Ermənistan öz xislətinə uyğun davrandı. Dekabrın 12-də Azərbaycandan könüllüləri Spitaka aparan İL-76 təyyarəsi Ermənistan səmasında xaincəsinə vuruldu. 69 sərnişin və 10 heyət üzvü arasında yalnız təsadüfdən təyyarənin qanad hissəsindəki yük maşınında olan Fəxrəddin Balayev sağ qalmışdı. Vurulan təyyarənin göyərtəsində 50 azərbaycanlı, 13 ləzgi, 11 rus, 2 tatar, 1 erməni və 1 yəhudi olub. Onların hamısı qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Gümrüyə göndərilmişdilər.
Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin “qara qutu”su məhv edilib. Bu terror aktı sıradan bir qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, “ermənilər arasında yaralı türkə yer yoxdur” deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. Sonradan 1994-cü ildə Prezident Heydər Əliyevin müvafiq ?ərəncamı ilə terror aktı zamanı həyatını itirən 78 nəfərə şəhid statusu verilib.
Burada istər-istəməz ermənilərin özləri barədə miflər uydurmaları yada düşür. Onlar dünyanın hansı nöqtəsində olsalar da, özlərini “mədəni xalq” kimi təqdim edirlər. Ancaq biz indiyədək ermənilərin “mədəni xalq” olduqlarını təsdiqləyəcək hansısa bir fakta rast gəlməmişik. Zəlzələnin fəsadları ilə üzləşən insanlara köməyə tələsən azərbaycanlı könüllülərin təyyarənin göyərtəsində məhz milli kimliklərinə görə terror aktı ilə məhv edilməsi ermənilərin necə “mədəni xalq” olduğunu otaya qoyur. Erməni toplumu ilə “mədəni xalq”, “sivil cəmiyyət” anlayışları arasında kəskin ziddiyyət var və məlum terror hadisəsi də bunu bir daha təsdiqlədi. Faciə ilə üzləşən ermənilər həmin çətin günlərdə də azərbaycanılara olan nifrətlərini unutmadılar və təyyarəmizi vurmağı özlərinə fürsət kimi dəyərləndirdilər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

