Hərbi cinayətkarlar məhkəmə qarşısında...
19.12.2024 [08:45]
15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxılacaq
Onlar Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə ittiham olunurlar
2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirlərində əldə edilmiş zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə yanaşı, uzun illər ermənilər tərəfindən aparılan təcavüzkar siyasətin başa çatmasını şərtləndirdi. Təxminən 30 il müddətində Azərbaycan dövlətinə, xalqına, torpaqlarımıza, milli dəyərlərimizə, memarlıq abidələrimizə, sərvətlərimizə, tariximizə qarşı vandalizm aktları, hərbi cinayətlər törətmiş şəxslərin qanun qarşısında cavab verməsi təmin olundu.
Ötən dövr ərzində bu hərbi cinayətkarların əməlləri araşdırıldı, onların ittiham olunduqları maddələr üzrə məsuliyyətləri müəyyənləşdirildi - Azərbaycan dövləti bu şəxslərin addımlarına hüquqi qiymət verilməsini təmin edir. Bu hərbi cinayətkarlar qanun çərçivəsində, hüquq müstəvisində etdiklərini cinayətlərin məsuliyətini daşımalıdırlar. Çünki Azərbaycan hüquqi dövlətdir - həmin şəxslərin işinin məhkəmələrdə araşdırılması da qanunvericiliyə uyğun təmin olunur.
Yeri gəlmişkən, erməni hərbi cinayətkarların işi artıq məhkəməyə göndərilib. Baş prokurorluğun məlumatına görə, məhkəmə 15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxacaq. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.
1389 cinayət işi bir icraatda birləşdirilib...
Qeyd olunub ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Hüquqi prosedurlar gözlənilib...
Onlar cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. “Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib”, - məlumatda deyilir.
Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Heç bir təhdid və ya təzyiq bizim iradəmizə təsir göstərə bilməz
Qeyd edək ki, bir ildən çoxdur davam edən istintaq müddətində ermənipərəst şəbəkələr bir sıra yollarla Azərbaycanın iradəsinə təsir etməyə çalışıb, bu hərbi cinayətkarların bəzilərinin azad edilməsinə nail olmaq istəyib. Fərqli dövlətlərin parlamentləri bu barədə “dinləmələr” təşkil edib, “tövsiyyələr” təqdim edib, hətta təhdid ritorikası ilə “qətnamə” belə qəbul edib. Prosesə bir sıra ermənipərəst şəbəkə üzvləri, hətta beynəlxalq PR şirkətləri belə “qoşulmuşdu”. Xatırladaq ki, COP29 öncəsi Azərbaycana qarşı edilən hücumlar daha sıx xarakter almaqda idi və heç bir arqument tapa bilməyən anti-Azərbaycan qüvvələr özünün boş taftalogiyasından əl çəkmirdi. Nəticədə isə, Azərbaycana qarşı aprılan şər-böhtan kampaniyası onların özlərinin ifşasına yol açdı. Erməni lobbisinin “kuklası”na çevrilmiş Okampo kimilərini dövriyyəyə salmaqla uğur əldə edəcəklərini düşünənlər, əslində bu başdan məğlubiyyətlərini elan və etiraf etmiş oldular. Çünki alət kimi istifadə edilən həmin şəxslərin kimliyi, reputasiyası, korrupsiya girdabından xilas ola bilməməsi faktları özü hər şeyi deyir və artıq şərhə ehtiyac qoymurdu.
Göründüyü kimi, aparılan bu “kampaniyaların” heç bir xeyri olmadı. Artıq hərbi cinayətkarların işi məhkəmə instansiyasındadır - onlar ali hüquq və qanun qarşısında cavab verirlər. Azərbaycana qarşı edilən çağırışlar, bəzən isə hətta “hədə” formasında hərbi cinayətkarların azad edilməsi “tələbləri” Azərbaycan məhkəməsinin verəcəyi qərarlara təsir etmir - Azərbaycan Prezidentinin hər zaman ifadə etdiyi kimi, heç bir güc ölkəmizin iradəsinə təsir göstərə bilməz.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

