“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab nəşr olunub
23.12.2024 [22:16]
AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Qərbi Azərbaycan folkloru” seriyasından III kitab çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitaba 2024-cü ildə Bakı şəhərindən, habelə Tərtər və Yevlax rayonlarına təşkil olunmuş ezamiyyələr zamanı toplanılmış folklor örnəkləri daxil edilib. Kitab “Etnoqrafik mətnlər”, “Mifoloji mətnlər, əfsanə və rəvayətlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Dastanlar və aşıq rəvayətləri”, “İnanclar”, “Bayatılar”, “Tapmacalar”, “Atalar sözü və məsəllər” bölmələrindən ibarətdir. “Etnoqrafik mətnlər” bölməsində Qərbi Azərbaycan sakinlərindən yazıya alınmış materiallar əsasında bölgəyə xas Novruz bayramı, toy və yas adətləri, kirvəlik ənənəsi, Qərbi Azərbaycan mətbəxi və xalq təqviminin aydın mənzərəsi yaradılıb. “Xatirələr” bölməsində isə Qərbi Azərbaycan sakinlərinin başına gətirilən müsibətlər – 1905-1918-ci il qırğınları, 1948-1952-ci illər, 1988-1991-ci illər deportasiyaları haqqında məlumat verilib. Folklor materialları bölgə sakinlərinin öz dilindən verildiyi üçün həmin mətnlər Qərbi Azərbaycan şivələrini, onlarda gedən proseslərin öyrənilməsi üçün əvəzsiz mənbədir.
Hər bir folklor regional ənənələr daxilində yaranıb inkişaf edir. Müşahidələr göstərir ki, Qərbi azərbaycanlıların məxsus olduqları coğrafi bölgədən ayrı düşməsi Qərbi Azərbaycan folklorunu yaradan və yaşadan etnoqrafik mühitlərin dağılmasına səbəb olub. Bu gün onlar Azərbaycanın dörd bir tərəfinə səpələnib, fərqli etnoqrafik bölgələrdə məskunlaşıblar. Məskunlaşdıqları bölgənin adət-ənənələri bəzən onların adət-ənənəsinə uyğun gəlmir, daban-dabana ziddiyyət təşkil edir. Bu da bölgəyə məxsus adət-ənənələrin unudulmasına gətirib çıxarıb. Lakin yaşlı nəslin hafizəsində Qərbi Azərbaycana məxsus folklor örnəklərinin (müqəddəs məkanlar, seyidlər, nəsil və tayfalar, tarixi şəxsiyyətlər haqqında təsəvvürlərin) qalması bizə bölgədə vaxtilə mövcud olmuş folklor mühitləri, onların fəaliyyəti haqqında müəyyən təsəvvür əldə etməyə kömək edir.
“Elm” nəşriyyatında işıq üzü görmüş kitabın toplayıcısı və tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadə, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.
Qərbi Azərbaycan folkloru, mədəniyyəti, tarixi və dili ilə məşğul olan hər bir mütəxəssis bu kitabdan mənbə kimi istifadə edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

