Sumqayıtda ilk dəfə “Dünya Vəkil Cübbələri və Atributları” sərgisi keçirilir
24.12.2024 [23:18]
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK), Sumqayıt Regional Vəkil Bürosu, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun birgə təşkilatçılığı ilə 28 dekabr – Vəkil Günü peşə bayramı münasibətilə və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan “Dünya Vəkil Cübbələri və Atributları” sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil olunan sərgidə ARVK-nın üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş olunur.
Dekabrın 24-də sərginin açılış mərasimi keçirilib.
Əvvəlcə “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibov iştirakçılara xarici ölkələrdən gətirilmiş hakim və vəkil cübbələri barədə məlumat verib, kolleksiya-muzeyin yaradılmasının tarixindən danışıb.
Sonra çıxış edən ARVK-nın sədri Anar Bağırov sərginin təşkil edilməsinin məqsədindən söz açıb, bunun məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları, gənc hüquqşünaslar üçün böyük maraq doğuracağını deyib. Artıq ölkədə ikinci dəfədir belə bir sərginin təşkil edildiyini söyləyən sədr son illər Sumqayıtda vəkillik sahəsində görülən işlərə toxunub, vəkillərin sayının artığını bildirib.
Anar Bağırov nəzərə çatdırıb ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22.02.2018-ci il tarixli Sərəncamı vəkilliyin tarixində dönüş yaratdı: “Sərəncamda qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Bu, bizim üçün bir çağırış oldu. Biz də öz fəaliyyətimizi o çağırışa uyğun qurmağa çalışırıq”.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında qonaqları salamlayaraq şəhərin tarixindən, son dövrlər görülən işlərdən, vəkillərin, habelə məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkarlığından danışıb, o cümlədən belə bir möhtəşəm sərginin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mərasimdə Milli Məclisin deputatı Tahir Mirkişili, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, ARVK-nın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov və Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev çıxışlarında vəkilləri peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Kollegiyanın üzvü, Sumqayıt Regional Vəkil Bürosunu müdiri Anar Qasımlı iştirakçıların hər birinə təşəkkürünü bildirərək, sərginin dekabrın 28-dək davam edəcəyini söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10

