Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xakəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib - FOTO

Xakəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib - FOTO

28.12.2024 [21:18]

Xankəndi şəhərinin Zəfər meydanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.

Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, ictimaiyyətin nümayəndələri, gənclər, veteranlar, sakinlər iştirak edib.

Bayram tədbirində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən bəhs olunub. Qeyd olunub ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbulu üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Beləliklə, hər il dekabrın 31-i xalqımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.

Qeyd edək ki, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Seçim tələsi

13 Yanvar 15:13

İqtisadiyyat

Xəbər lenti

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31