Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azəriqaz”ın abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verilib

“Azəriqaz”ın abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verilib

03.01.2025 [19:17]

“Azəriqaz” İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib. AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq. Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq.

İstehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə “Azəriqaz”ın Tarif Komissiyasında müvafiq qaydada baxılacaq.

Qeyd edək ki, ölkəmizin təbii qaz təsərrüfatında rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması məqsədilə Tarif (qiymət) Şurası tərəfindən yeni tariflər müəyyənləşdirilib.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Analitik

100 illik saziş...

18 Yanvar 10:18

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Yanvar 09:35  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31