“Ana dili – Azərbaycan məktəbi”nə ikinci yarımil üzrə qeydiyyat elan edilib
10.01.2025 [18:53]
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə ikinci yarımil üzrə qeydiyyat elan edir.
AGMA-dan AZƏRTAC-a bildirilib ki, “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan və müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər və təcrübəli mütəxəssislər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.
Yanvarın 17-dək keçid vasitəsilə “Ana dili – Azərbaycan məktəbi”nin ikinci yarımilinə qeydiyyatdan keçmək mümkündür.
Qeyd edək ki, ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveç, Fransa və 30-dan çox digər ölkədə yaşayan həmvətənlərimiz qoşulub.
Ümumilikdə 1000-dən çox həmyerlimiz bu layihədən yararlanıb. Layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarı olanlar üçün əlavə qruplar təşkil edilib. Hazırda 300-dən çox soydaşımız dərslərə qoşulur.
İkinci yarımil üzrə dərslərin yanvarın 25-də başlaması nəzərdə tutulub.
“Ana dili – Azərbaycan məktəbi” ilə bağlı əlavə suallar olduğu təqdirdə anadili.agma.az@gmail.com elektron poçt ünvanı və ya +994 51 226 71 21 mobil nömrəsi (vatsap, teleqram) vasitəsilə əlaqə yaratmaq mümkündür.
Daha ətraflı məlumatı AGMA-nın saytından və layihənin sosial media səhifələrindən əldə edə bilərsiniz.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

