AQTA: Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalıdır
09.02.2025 [13:58]
Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçün ölkəmizdə qoyunçuluğa xüsusi diqqət yetirilir. Yetişdirilən qoyun cinslərinin ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir. Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə ölkəmiz arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. İqlim dəyişiklikləri və torpaqların deqradasiyası və tələblə təklifin dəyişməsi fonunda tələbin artması ilə yanaşı, ən narahatedici məqamlardan biri də təəssüf hissi ilə qeyd edək ki, əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir.
Qeyd edək ki, qoyun ətinin qida dəyəri tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm olunur.
Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə daha zəngindir.
Beləliklə, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-12 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir.
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

